Snayper, rabitəçi və paraşütçü hərbi ixtisasları üzrə kurslar başlayır
Tarix: 23.01.2015 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Fevralın 2-dən Azərbaycanda snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlığına start verilir.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-nin sədri Şahvələd Əliyev bildirib.
Ş. Əliyev deyib ki, hazırda «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC tərəfindən aşpaz və sürücü xüsusi ixtisasları üzrə Silahlı Qüvvələr və qanunvericilikdə nəzərdə tutulmuş digər birləşmələr üçün mütəxəssislər hazırlanır. Snayper, rabitəçi və paraşütçü xüsusi hərbi ixtisasları üzrə mütəxəssislərin hazırlığı üçün tələb olunan maddi-tədris bazanın formalaşdırılması işləri tam yekunlaşdırılıb, həmin kurslara cəlb olunacaq çağırışçıların komplektləşdirilməsi prosesi isə yekun mərhələdədir.
Cəmiyyət sədri onu da əlavə edib ki, ilk olaraq snayper kursları «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-nin Sabunçu və Nəsimi rayon 1 nömrəli filiallarında, rabitəçi kursları Bakı şəhər filialı, Binəqədi rayon 1 nömrəli filialı, Zaqatala rayon və Şəki şəhər filiallarında, paraşütçü kursları isə Balakən rayon 1 nömrəli filiallarında keçiriləcək. Bununla yanaşı aşpaz kursları Cəmiyyətin Gəncə şəhər 3 nömrəli filialında da açılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info