Karl Qustav Severin: “Azərbaycanlılar tolerantlıqları ilə fəxr etməlidirlər”
Tarix: 23.01.2015 | Saat: 19:50:00 | E-mail | Çapa göndər


Yanvarın 23-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən "Həyat sözü" cəmiyyətinin MDB ölkələri və beynəlxalq xidməti üzrə nümayəndəsi Karl Qustav Severini qəbul edib.
Görüş zamanı qonaq bildirib ki, Bakıya ilk səfəri 1994-cü ildə olub və o zaman ümummilli lider Heydər Əliyevlə görüşüb. O tarixi görüşü böyük məmnunluq hissi ilə xatırladan Karl Qustav Severin qeyd edib ki, ötən bu illər ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib. Qonaq vurğulayıb ki, Azərbaycanı ona sevdirən ən vacib məqam burada bütün dini konfessiyaların birgə sülh və əmin-amanlıq şəraitində yaşamalarıdır: "Azərbaycanda tolerantlıq çox yüksək səviyyədədir. Siz bununla fəxr etməli, bu ənənəni qoruyaraq, bir nümunə kimi dünyaya təbliğ etməlisiniz".
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bütün dinlərin özəyində insanlar arasında bərabərlik, sülh, əmin-amanlıq və ədalət prinsipi dayanır. Əgər dinlər məhz bu yöndən təbliğ olunarsa, bəşəriyyət qarşılaşdığı problemlərin bir çoxundan xilas ola bilər. Dinlərarası dialoq, sülhə çağırış, konfessiyaların birgə fəaliyyəti dünyada sülhün bərqərar olması üçün ən vacib şərtlərdən biridir. Komitə sədri qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir. Ölkədə hər bir kəsin dini etiqad azadlığı təmin olunub. Eyni zamanda, din daim dövlətin qayğısı və himayəsi altındadır.
Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaq səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Kaspersky Lab” Avropa istifadəçilərinin məlumatlarının emalına başlayıb
16.11.2018
Bişkekdə “Müasir dünyəvi dövlətdə İslam” adlı ikinci beynəlxalq konfrans keçirilir
16.11.2018
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
16.11.2018
Azərbaycanda əmək pensiyalarının hesablanması qaydası ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info