Diplomatlar Həzi Aslanovun məzarını ziyarət ediblər
Tarix: 23.01.2015 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Belarusun Azərbaycandakı səfirliyinin əməkdaşları iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 105-ci ildönümü münasibətilə görkəmli sərkərdənin məzarını ziyarət ediblər.
Səfirlikdən bildiriblər ki, Belarus səfiri Nikolay Patskeviç, hərbi attaşe Andrey Lemeçevski və səfirliyin əməkdaşları azərbaycanlı sərkərdənin, qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsini anıb, məzarı və abidəsi önünə güllər qoyublar.
Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunda anadan olub. Böyük Vətən müharibəsi illərində özünü istedadlı komandan kimi göstərib. Onun rəhbərliyi altında 35-ci qvardiya tank briqadası Belarusun Vileyka, Minsk, Molodeçno şəhərlərinin alman-faşist işğalçılardan azad edilməsində iştirak edib. Sovet İttifaqı Qəhrəmanı adına da Belarusun azad edilməsi uğrunda müvəffəqiyyətli hərbi əməliyyatlara görə layiq görülüb.
2009-cu ildə Belarusun Vileyka şəhərində Həzi Aslanovun abidəsi ucaldılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info