Yəməndə prezident və hökumət istefa verib
Tarix: 23.01.2015 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Yəmən Prezidenti Əbd Rəbbu Mənsur Hadinin və Xalid Məhfuz başda olmaqla ölkə hökumətinin istefa verdiyi bildirilir.
”Euronews” telekanalı xəbər verir ki, parlament hələlik prezidentin istefasını qəbul etməyib. Yanvarın 23-də parlamentin təcili iclası keçirilməlidir.
Ölkə başçısı prezident sarayını ələ keçirən husi üsyançılarının tələblərini yerinə yetirərək ölkə konstitusiyasına dəyişiklik etməyə razılaşdıqdan bir gün sonra vəzifəsini tərk etmək qərarına gəlib.
Yəmənin dörd cənub əyalətinin rəhbərlərinin də paytaxtdan gələn əmirləri yerinə yetirməkdən imtina etdiyi barədə xəbərlər yayılıb.
Qeyd edək ki, şiə üsyançıları ölkədə yanacağın qiymətinin qalxması bəhanəsi ilə 2014-cü il avqustun ortalarından etiraz aksiyalarına başlayaraq “rüşvətxor kabinetin” istefasını tələb edirdilər. Sonradan etirazlar silahlı toqquşmalarla müşayiət olunmuş və nəticədə prezident sarayı da daxil olmaqla paytaxt Səna şəhərinə nəzarət üsyançıların əlinə keçmişdi.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info