Gəncədə “Açıq qapı” günü keçirilib
Tarix: 23.01.2015 | Saat: 20:36:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi 23 yanvar 2015-ci il tarixində Gəncə şəhərində vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı” günü təşkil edib. Eyni gündə komitə Göygöldə “kütləvi çıxarış” kampaniyası da keçirib.
Bu tədbirləri keçirməkdə məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesi və yaradılmış müasir və şəffaf xidmət şəraiti ilə vətəndaşları yaxından tanış etmək, onlara qeydiyyat prosedurlarını əyani nümayiş etdirmək və bunu ictimaiyyətə çatdırmaqdır. Eləcə də, dövlət başçısının 13 yanvar 2015-ci il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Fərmanının regionlarda tətbiqi və Fərmanda əksini tapmış hüquqi məsələlərlə bağlı vətəndaşları maarifləndirməkdir. Eyni zamanda, digər məqsəd komitənin “kütləvi çıxarış” kampaniyasının mahiyyətini və onun üstünlüklərini nəzərə çatdırmaq olub.
Tədbirdə bildirilib ki, ölkə prezidentinin qeyd olunan Fərmanı daşınmaz əmlakın qeydiyyatı zamanı tələb olunan sənədlərin siyahısını artırmaqla qeydiyyat prosesinin sürətlənməsinə, qeydiyyatın səmərəliliyinin artırılmasına yönəlib.
“Açıq qapı” günündə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara maraqlı olan bir sıra məsələlərə aydınlıq gətirilib. Qeyd olunub ki, bu günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı 2004-cü ildə qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən aparılırdı. Bu Qanunun 8-ci maddəsində isə qeydiyyat üçün müvafiq əsaslar müəyyən edilmişdi. Lakin həmin əsaslar sırasında Qanun qüvvəyə minənədək ayrı-ayrı vaxtlarda müxtəlif qurumlar tərəfindən daşınmaz əmlaka dair verilmiş bir sıra hüquqi sənədlər tam əksini tapmamışdı. Bu isə nəticədə daşınmaz əmlakın qeydiyyatı prosesində həm qeydiyyat idarələrinə, həm də vətəndaşlara müxtəlif çətinliklər yaradırdı.
Tədbirdə bildirilib ki, Fərmana əsasən, vətəndaş öz əmlakına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə etmiş olduğu sənədlərini təqdim etməklə dövlət reyestrindən çıxarışını ala biləcək. Eyni zamanda, qanunvericilikdə edilmiş yenilik daşınmaz əmlakla bağlı alqı-satqı və digər proseslərə müsbət təsirini göstərəcək, nəticədə daşınmaz əmlak bazarı daha da inkişaf etməsinə səbəb olacaq.
Eyni zamanda, “Açıq qapı günü”ndə komitənin elektron və onlayn xidmətləri barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, dövlət əmlakının özəlləşdirilməsi, icarəsi, idarə edilməsi, xüsusi mülkiyyətin qeydiyyatı ilə bağlı 31 elektron xidmət, o cümlədən 2 onlayn xidmət fəaliyyət göstərir. İndiyədək elektron xidmətlər vasitəsilə 158 minə yaxın müraciət daxil olub.
Həmin gün Göygöldə keçirilən “kütləvi çıxarış” kampaniyası çərçivəsində rayonun 350-yə yaxın sakininin əvvəlki illərdə verilmiş mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub.
Xatırladaq ki, bu kampaniya Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanına əsasən həyata keçirilir. Kampaniya çərçivəsində vətəndaşlara əvvəllər verilmiş mülkiyyət barədə aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi şəkildə çıxarışlarla əvəz edilir.
Qeyd edilməlidir ki, kampaniyanın digər üstünlüyü dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa olaraq yerlərdə təqdim olunmasıdır. Mobil ofislər vasitəsilə çıxarışların verilməsində məqsəd vətəndaşların rahatlığını təmin etmək və vaxta qənaət etməkdir.


Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info