Nadanlıq xoşbəxtlik deyil, yaxud Vaşinqtonun Qafqazı necə pis anlaması haqqında
Tarix: 23.01.2015 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Klod Salhani
“Trend”


Əhdi-cədidə əsasən, İsa xaçda çarmıxa çəkildiyi zaman həyatının son dəqiqələrinə Allahdan öz qatillərini bağışlamağı xahiş edir. O deyir: "Onları bağışla, çünki nə etdiklərini bilmirlər". Mən Azərbaycan rəhbərliyindən və xalqından Vaşinqtonun İrəravana göstərdiyi kor və küt dəstəkdə ifadə edilən nadanlıqları üçün amerikalıları bağışlamalarını xahiş etmək istərdim. Çünki dünyanın bu hissəsində iş ABŞ-ın xarici siyasətinə gəldikdə, onların nə etdiklərini anlamadıqları aydındır. Bu, bir çox hallarda Azərbaycana ziyan vurur, çünki eynilə bu cür amerikalılar SSRİ-nin süqutu dövründə iki keçmiş sovet respublikası arasında gedən qısa, lakin amansız müharibədə Ermənistanın zorla işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik yeddi rayonla bağlı köhnə münaqişəyə dair nə etdiklərini anlamırlar. Bütün beynəlxalq ictimaiyyətin bu ölkənin birmənalı şəkildə təcavüzkar olduğunu dediyi və Azərbaycanın, əlbəttə, bu təcavüzün qurbanı olması ilə razılaşdığı vaxt amerikalıları Ermənistanı dəstəkləməyə nə vadar edir? Həm də bütün bunlara və digərlərinə baxmayaraq, ABŞ əvvəlki kimi İrəvanı dəstəkləyir. ABŞ dövlət katibi Con Kerrinin təxminən 25 il əvvəl Senatda çalışdığı dövrdə yazdığı məktuba nəzər salın. Azərbaycanlı jurnalist Elçin Mehdiyevin qeyd etdiyi kimi, bu məktub, ən azı Azərbaycan barəsində əvvəlcədən inanılmaz yanlış rəyin formalaşdırılmasını qismən izah edir. Mehdiyev yazır: "ABŞ siyasi elitası arasında antiazərbaycan əhval-ruhiyyəsinin dərin kökləri var". O zaman Kerri "Ermənistan və Qarabağın iqtisadi blokadasını aradan qaldırmağın, Ermənistanla Dağlıq Qarabağ ermənilərinin birləşdirilməsinin lazım olduğu" vurğulanan və Azərbaycan hakimiyyətini "region sakinlərinin mədəni hüquqlarını pozmaqda” ittiham edən müraciət imzalamışdı. Azərbaycanda ABŞ dövlət katibinin ağıllandığına çox az adam inanır. Əgər ABŞ Azərbaycanla bağlı bu cür siyasət yürütməkdə davam edərsə, bu, Bakı ilə Vaşinqton arasındakı münasibətlərə nəinki ciddi ziyan vuracaq, eləcə də ABŞ-ın maraqlarına mənfi təsir göstərəcək. ABŞ-ın bu erməniyönlü siyasəti necə və nə üçün Vaşinqtona ziyan vuracaq? Vaşinqton Kapitolinin dəhlizlərində “avara-avara dolaşan” və burada İsrailyönümlü AİKOS-dan (İctimai əlaqələr üzrə Amerika-İsrail Komitəsi) daha uğurlu taktika əxz edən çox güclü ermənipərəst lobbinin təsiri altına düşməyi özünə rəva görüb. Ermənistan piar-oyunda Azərbaycanı qabaqlayır, Şimali Amerikada və Fransada kifayət qədər iri və nüfuzlu erməni diasporu var. Bu, ABŞ-a böyük vaxt itkisi bahasına başa gələcək səhvdir. Azərbaycan Bakıda istənilən şəxsdən ölkənin coğrafi baxımdan harada yerləşdiyini soruşduqda, şübhəsiz ki, “Avropada” cavabını eşidəcəyiniz qədər Qərbyönümlüdür. Bu il Bakıda ilk Avropa Oyunları keçiriləcək. Bu, bir daha ölkənin harada yerləşdiyini xatırladır. Bakı İraqa və Əfqanıstana qoşun göndərməklə terrorizmlə mübarizədə ABŞ-ı dəstəkləyir. Əhalisinin əksəriyyətini şiə müsəlmanların təşkil etdiyi Azərbaycan dünyəvi ölkədir, burada rəsmi olmasa da, Milad bayramı qeyd edilir, hər tərəfdə bəzənmiş küknar ağacları görmək mümkündür. Eyni zamanda, Qərbin əldə edə biləcəyi istənilən müttəfiqə ehtiyacı olanda, xüsusilə Türkiyə tədricən Şərqə tərəf çəkiləndə - Bakını itirmək böyük səhv olardı. Və... mən Ermənistanın regionda Moskvanın ən böyük müttəfiqi olduğu barədə danışdımmı?




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Ukraynada yaşayan azərbaycanlı prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim edib
16.01.2019
Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
16.01.2019
Aleksandr Duqin: Rusiya Azərbaycanla daha çox yaxınlaşır
16.01.2019
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
16.01.2019
XİN Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünə dair açıqlama yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info