“Rabitə” üçün pley-off şansı
Tarix: 23.01.2015 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn 8 komandanın adına aydınlıq gəlib. Sonuncu tur ərəfəsində yalnız 4 vəsiqənin taleyi qaranlıq qalıb.
Bu vəsiqələrdən ikisi ilk 2 yerin sahibi kimi birbaşa mərhələ adlayanların, digər ikisi ən yaxşı 3-cü pilləni tutacaq komandanın payına düşəcək. Əgər bu 12 komandadan biri “Dördlər finalı”na ev sahibliyi edərsə, 3-cü yerin sahibi kimi pley-offa çıxacaq klubların sayı 3-ə qalxacaq.
Bu isə o deməkdi ki, artıq qrup ikincisi kimi mərhələ adlayan “Azəryol”a “Rabitə” də qoşula bilər. Çempionlar Liqasının iştirak etdiyi mövsümlərində həmişə pley-offa çıxan komandamız bunun üçün son turda qrup lideri Polşa “Ximik”ini məğlub etməli, digər qrupdakı matçlardakı nəticələri gözləməlidir. Ən pis halda isə Bakı təmsilçisi “Agel” (Çexiya) - “Dinamo” (Rusiya, Kazan) matçının nəticəsindən asılı olmayaraq, mübarizəni CEV kubokunda davam etdirmək şansına malikdir. Qeyd edək ki, “Azəryol”la yanaşı, “Ximik” (Polşa), Kazan və Moskva “Dinamo”ları (hər ikisi Rusiya), “Fənərbaxça”, “Vakıfbank”, “Əczaçıbaşı” (hər üçü Türkiyə) və
“Volero” (İsveçrə) pley-offda rəqiblərini gözləyirlər.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Azərbaycan kubokunun qalibi məlum oldu
23.05.2019
“Yuventus“dan Türkiyə millisinin üzvünə təklif
23.05.2019
Riberi yenidən “Qalatasaray“da?
23.05.2019
Erməni idmançılar Bakıda
23.05.2019
Məşhur qapıçı karyerasını bitirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info