Rusiya antiböhran planı hazırlayıb
Tarix: 23.01.2015 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Rusiya baş nazirinin birinci müavini İqor Şuvalov bildirib ki, hökumətin antiböhran planı hazırlamaqda başlıca məqsədi “sadə vətəndaş”a kömək etmək və ölkədəki sahibkarları yeni reallıqlara uyğunlaşdırmaqdır: “Rusiya iqtisadiyyatını gözlənilən işsizlik artımına hazırlamaq lazımdır”.
Davos İqtisadi Forumunda bu barədə danışan birinci müavin əlavə edib ki, Rusiyada antiböhran komissiyası bərpa edilir. Onun sözlərinə görə,“Sberbank”ının sədri German Qref də antiböhran komissiyasının üzvü olacaq. O, daha sonra əlavə edib ki, antiböhran məsələləri ilə əlaqədar sabiq maliyyə naziri Aleksey Kudrinlə də məsləhətləşmək niyyətindədir. Qeyd edək ki, antiböhran komissiyalarının Rusiyanın bütün regionlarında formalaşdırılacağını Şuvalov Novo-Oqorevoda keçirilən görüş zamanı elan etmişdi. Onun sözlərinə görə, federasiya subyektləri fevral ayının 16-dək antiböhran komissiyasını təşkil edəcəklər. Bundan sonra federal səviyyəli İqtisadi İnkişaf və İnteqrasiya üzrə Komissiya elan olunacaq. Eyni zamanda antiböhran tədbirləri bütün hakimiyyət orqanları ilə qarşılıqlı surətdə əlaqəli fəaliyyət göstərəcək. Komissiyanın tərkibinə Şuvalovla yanaşı Rusiyanın bir neçə vəzifəli şəxsi də daxildir. Komissiyanın müntəzəm şəkildə toplantı keçirməsi nəzərdə tutulur.
Rusiyada cari iqtisadi vəziyyətin 2008-ci ildəkindən də mürəkkəb olduğunu qeyd edən Şuvalov bildirib ki, hökumətin antiböhran planı neftin qiymətinin azalması ilə bağlı gəlirlərin azaldığı bir vaxtda biznesə və ev təsərrüfatlarına yeni şəraitə uyğunlaşmaqda yardım edəcək: “Artıq nəzərə alınmalıdır ki, ölkəyə yüksək neft qiymətləri hesabına yüksək gəlir gözlənilmir. Ona görə də indi fərqli yaşamaq lazım gələcək. Ev xərclərini yeni şəraitə uyğun idarə etmək lazım gələcək, çünki daha əvvəli kimi gəlir olmayacaq. Dərmanlara, eləcədə digət xidmətlərə əvvəl öyrəşdikləri kimi pul sərf edə bilməyəcəklər. Yeni reallıqlara uyğunlaşmaq lazım gələcək”. Onu da qeyd edək ki, antiböhran planı ilə bağlı açıqlama verən Rusiyanın baş naziri Dmitri Medvedev qeyd edib ki, bu plan növbəti bazar ertəsinə kimi tam hazır olacaq və prezidentə təqdim olunacaq. Onun sözlərinə görə, antiböhran tədbirləri sosial sferada əmək və dərman bazarlarına şamil olunacaq. Vacib dərmanların qiymətlərinə ciddi nəzarət ediləcək. Bununla yanaşı, baş nazir işsizlərə sosial yardım ayrılması ilə bağlı büdcədə ehtiyat vəsait nəzərdə tutulması haqda tapşırıq verib. Xatırlatmaq yerinə düşər ki, Rusiyada baş verən son iqtisadi problemlərlə əlaqədar ölkədə miqrantların sayında da azalma müşahidə edilməkdədir. Əsasn Orta Asiyadan Rusiyaya gəlmiş miqrantların əksəriyyəti geriyə qayıtmaq məcburiyyətində qalıb. Amma miqrantlar arasında da tərəddüd edənlər, gözləmə mövqeyində dayananlar çoxdur. Tacikstanlı miqrantlardan fərqli olaraq Qırğızıstana qayıdan miqrantlar əminliklə bildirirlər ki, doğma yerlərində çox qonaq olmayacaqlar: “Onsuz da Qırğızıstanda iş yeri yoxdur, ona görə də Rusiyada vəziyyətin yaxşılaşmasını gözləmək məcburiyyətindəyik”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info