“Radikalizm və xurafat təhlükəsi” adlı konfrans
Tarix: 26.01.2015 | Saat: 15:14:00 | E-mail | Çapa göndər


Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin (GMİİB) təşkilatçılığı ilə Park İNN otelində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı əsasında “Radikalizm və xurafat təhlükəsi” adlı konfrans keçirilib.
Konfransı çıxış sözləri ilə təşkilatın sədr müavini Tural Vəliyev açaraq GMİİB-in fəaliyyətləri barədə məlumat verib. Təşkilatın bu vaxtadək keçirdiyi tədbirlərdən bəziləri (“İslam terroru lənətləyir”, “Heydər Əliyev irsi və dövlətçiliyin qorunmasında mənəvi dəyərlərin rolu”, “Həll yolu Quran əxlaqı”) qısa olaraq vurğulanıb.
Sonra təşkilatın sədri Ramiq Vəliyev çıxış edərək dində radikalizmdən və xurafatçı zehniyyətdən bəhs edib. Xurafatçıların İslamda olmayan bir çox hökmləri din adına təqdim etməsindən, bunun nəticəsində də İslam dininin bütün dünyada dəhşət dini kimi tanıdılmasından qısa şəkildə danışıb. İslamın sülh dini olduğunu tanıtma yönündə bir müsəlman kimi məqsədlərinin illərlə İslam adı ilə dünyada təmsil edilən radikalizmi, mövhumatı, fanatizmi və İslam dini ilə heç bir əlaqəsi olmayan xurafat dinini ortadan qaldırmağa çalışmaq, Qurandakı dəlillərlə İslamın əslini göstərmək olduğunu vurğulayıb.
Konfransın “Radikalizm və xurafat təhlükəsi” adlanan ilk hissəsində Ramil Rüstəmov çıxış edib. Konfransın bu hissəsində müsəlman ölkələrindəki qarışıqların əsas səbəblərindən, xurafata əsaslanan müsəlman modelindən, Qurandan uzaq İslamdan, dində məcburiyyətin olmamasından, qadının Quranda bildirilən dəyərindən, kitab əhlinə olan sevgidən və Qurandakı müsəlman modelinin necə olduğundan danışılıb. İkinci hissədə isə Rövşən Əkbərov islamofobiyanın əsas səbəblərindən və onun həlli yollarından bəhs edib. Bütün dünyada İslam əleyhdarlarının çoxalmasından, müsəlmanlara qarşı təzyiqlərdən, qadağalardan və islamofobiyanın fəsadlarından danışılıb. Bir çox dövlət nümayəndəsi, siyasi xadim, professor, təşkilat rəhbərlərinin iştirak etdiyi tədbir böyük maraqla izlənilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info