“Addım” gənclərin teatr və muzeylərə pulsuz girişini təşkil edəcək
Tarix: 26.01.2015 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


“Addım” Gənclər Təşkilatı v`Parkcinemanın burgə kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə “Kinoya ADDIM-la” adlı layihəsi çərçivəsində növbəti film nümayişini həyata keçirib. Layihə çərçivəsində gənclərin izlədiyi növbəti film "Ёлки лохматые" filmi olub. Tədbirin əvvəlində "Addım”ın sədri Hüseyn Cavadzadə çıxış edərək yeni ildən layihənin dövlət dəstəyi ilə daha da genişlənəcəyindən xəbər verib. Belə ki, ADDIM-çılar teatr və muzeylərdə də pulsuz giriş hüququ qazanacaqlar. Daha sonra layihədə ənənə üzrə ulduz qonaq qismində çıxış edən əməkdar artist Elza Seyidcahan gənclərlə fikirlərini bölüşüb.
Film nümayişindən sonra gənclər qonaqla fotolar çəkdirib onları maraqlandıran mövzularda diskussiyalar aparıblar. Sahibinin evini oğrulardan qorumağa çalışan Pirat və Yoka adlı itlərinin maraqlı sərgüzəştlərindən bəhs edən filmi izləyən Elza Seyidcahan açıqlamasında fikirlərini bölüşüb: "Bilirsiz ki, mən heyvanları çox sevirəm, hətta onlar üçün konsert də vermişəm. Bu gün ailə üzvlərimlə heyvanların əsas rolda oynadığı filmi izləmək inanılmaz zövq verdi. Məni belə filmlərə tez-tez dəvət edin"
Qeyd edək ki "Kinoya ADDIM-la" layihəsi çərçivəsində gənclər xüsusi dəvətlərlə ən son filmləri izləmək imkanı qazanırlar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info