Ermənistanda elektrik enerjisinin qiyməti yenidən arta bilər
Tarix: 26.01.2015 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Uzun müddətdir iqtisadi problemlərlə üz-üzə qalan Ermənistan son zamanlar dünyada gedən siyasi proseslərin yaratdığı iqtisadi krzisin də qurbanına çevrilib. Böyük həcmdə Rusiyadan asılı olan bu ölkə Rusiya iqtisadiyyatında yaşanan çətinliklərdən sonra daha da geri getməyə, büdcədə ümumilikdə iqtisadiyyatda ciddi itkilərlə qarşılaşmağa və beynəlxalq borclarını daha da artırmağa başlayıb. Belə ki, Ermənistanın elektrik enerjisinə görə olan dövlət borcu 600 milyon dollara ( 15,8 milyard dram) çatıb. Bu barədə Ermənistanın energetika və təbii sərvətlər naziri Ervand Zəkaryan deyib.
Yeni bahalaşmanın nə vaxt və nə qədər olacağı bilinməsə də Zəkaryan bunu qaçılmaz adlandırıb.
İqtisadi şərhçilərin hələ keçən ilin payızında apardığı təqribi hesablamalara görə bu bahalaşmanın 1 kilovot saata görə 51-52 dram olacaq.
Lakin bu hesablamalarda dramın dollara nisbətdə məzənnəsi nəzərə alınmamışdı. Hesablamaların aparılmasından bu yana dramın nisbəti 1 dollara 415 dramdan- 470 drama kimi dəyişib. Dramın daha 10 faiz artımını nəzərə alaraq bahalaşmanın çox olacağı gözlənilir deməyə əsas var.
Qeyd edək ki, Ermənistanda elektrik enerjisinə tətbiq olunan son bahalaşma keçən il avqustun 1-də olmuşdu.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info