Çanaqqalada Azərbaycanın ənənəvi idman növlərindən danışılıb
Tarix: 26.01.2015 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndəsi ölkəmizi Türkiyənin Çanaqqala şəhərində keçirilən “Ənənəvi idman növləri qeyri-formal təhsil ilə” adlı beynəlxalq tədbirdə təmsil edib. ARGTMŞ-ın tərəfdaşı olan Türkiyənin “Gənc idman təlimçilərin və könüllülərin Birliyi” təşkilatı tərəfindən təşkil olunan tədbirdə Azərbaycan ilə yanaşı Fransa Gürcüstan, Bolqarıstan və Türkiyə də təmsil olunub.
Tədbirin məqsədi fiziki qüsurlu gənclərin idman vasitəsilə cəmiyyətə inteqrasiyasına dair biliklərin artırılması, ənənəvi idman növlərininin gəncləri birləşdirən bir amil olaraq iştirakçılara çatdırılması, qarşılıqlı anlaşma və mədəni inteqrasiyanın əhəmiyyətinin əyani nümayiş etdirilməsidir. Tədbir həmçinin Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviq edilməsini nəzərdə tutur.
Tədbirdə mövzuya aid seminarlar, təlimlər və işçi qruplar təşkil olunub, iştirakçı ölkələrdə ənənəvi idman növlərinə dair əyani təlim və fəaliyyətlər təşkil olunub və bunların yeni öyrədilmə üsulları və bunun cəmiyyətin inkişafında oynadığı rol iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində həmçinin ARGTMŞ-ın nümayəndəsi tərəfindən Azərbaycanın ənənəvi idman növləri haqqında məlumat verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 01:11 Psixi sağlamlıq uğrunda mübarizə ortaq məsuliyyətimizdir. Vətəndaş cəmiyyətini müdafiə edəcək, insan hüquqlarının universallığı və qanunu uğrunda mübarizə aparacaq güclü bir Avropaya ehtiyacımız var. Psixi xəstələrin adekvat müalicəsi təmin olunmalıdır. Azərbaycanda insan hüquqlarına əsaslanan yanaşmanın təmin edilməsi üçün əlimizdən gələni edirik. Məqsədimiz irəliyə doğru getmək, hüquqlara riayət edilməsini təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Psixi sağlamlıqla bağlı məcburiyyətlərə son qoymaq: insan hüquqlarına əsaslanan yanaşmaya zərurət” adlı məruzənin müzakirələri zamanı AŞPA-dakı nümayəndə heyətimizin üzvü Naqif Həmzəyev deyib. O, Birləşmiş Millətlər Təşkilatının (BMT) Əlillərin hüquqlarının müdafiəsi üzrə Konvensiyasına uyğun olaraq psixi xəstələrin hüquqlarına riayət edilməsi zərurətinə toxunub. Dinindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin bərabər olduğunu qeyd edib. Buna görə də hər bir insanın, uşaq və qadınların bərabərliyi üçün mübarizə aparmağın vacibliyini söyləyib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info