Almaniya hökuməti ermənilərin “soyqırımı” arzusunu gözündə qoydu
Tarix: 26.01.2015 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


"1915-ci il hadisələrini araşdırmaq tarixçilərin işidir". Bu bəyanatla Almaniya hökuməti çıxış edib. Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat yayıb. Almaniya hökumətinin bəyanatında qeyd olunur ki, 1915-ci il hadisələrinin araşdırılması ilk olaraq Türkiyə və Ermənistanın məsələsidir: "Almaniya hökuməti hadisələrin araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın qurulmasının tərəfdarıdır". Bəyanatda bir dəfə də olsun “soyqırımı” ifadəsi istifadə olunmayıb.
Türkiyə hakimiyyəti dəfələrlə münasibətlərin yoluna qoyulması istiqamətində Ermənistana jestlər edib. Ötən il aprelin 24-də Rəcəb Tayyib Ərdoğanın erməni xalqına müraciətini bunlardan biri hesab etmək olar. Həmin müraciətdə bildirilib ki, 1915-ci il hadisələri yalnız ermənilər üçün deyil, həm də ərəblər, kürdlər və ölkədə yaşamış başqa millətlərin nümayəndələri üçün ağır dövr idi.
Qeyd edək ki, bundan əvvəl Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiyanın yaradılması təklifi ilə çıxış etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifinə hələ də cavab verməyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Tereza Mey Böyük Britaniyanın baş naziri postunu qoruyub saxlayıb
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info