Aureliya Qriqoriu azərbaycanlı girovların hüquqlarını müdafiə etməyə hazırdır
Tarix: 26.01.2015 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Moldovanın parlament vəkili Aureliya Qriqoriu avropalı hüquq müdafiəçiləri arasında Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qanunsuz olaraq mühakimə olunan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə etmək məsələsini qaldırmağa hazırdır. Qriqoriu “Trend”ə bildirib ki, ermənilər tərəfindən girov götürülən və Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qanunsuz olaraq mühakimə olunan azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində məhkəmə legitim deyil.
O qeyd edib ki, dünya bu məsələ ilə kifayət qədər məlumata malik olmadığından bu fakta heç bir reaksiya vermir: “Mən bu məsələni avropalı hüquq müdafiəçiləri arasında qaldırmağa hazıram, lakin mənə son nəticələr lazımdır”.
Qriqoriu Dağlıq Qarabağ münaqişəsi məsələsində dünyada mövcud olan ikili standartlara gəldikdə deyib ki, insan haqlarının pozulması ilə bağlı qiymətləndirmədə siyasi prioritetlər sonuncu rol oynamır: "Əks halda, mühakimə olunanlardan biri - Rusiya vətəndaşı barədə qanunsuz məhkəmənin çıxardığı hökmlə bağlı Rusiya hakimiyyətinin fəaliyyətsizliyini necə qiymətləndirmək olar?”
Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ənənəvi mətbuat konfransında girovun taleyi barədə sualı cavablandırarkən deyib ki, Rusiya ölkə vətəndaşı olan Dilqəm Əsgərovun saxlanılması məsələsini Ermənistanla müzakirə edəcək: "Onu erməni tərəfi saxlayıb və biz bu məsələni Ermənistanla müzakirə edəcəyik".




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info