“Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi”nə sənəd qəbulu davam edir
Tarix: 26.01.2015 | Saat: 16:48:00 | E-mail | Çapa göndər


Dövlət Neft Şirkətinin Mətbuat Şurası ilə birlikdə reallaşdırdığı “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsi ilə bağlı sənəd qəbulu davam edir. Layihə ilk dəfədir keçirilir və neft-qaz mövzuları üzrə ixtisaslaşmaq istəyən gənc jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Layihənin keçirilməsində əsas məqsəd Azərbaycan mediasında enerji mövzularının işıqlandırılması sahəsində keyfiyyətin yüksəlməsinə, gənc jurnalistlərin neft-qaz sektorunun müxtəlif sahələri və spesifik xüsusiyyətləri barədə biliklərini artırmalarına yardım göstərməkdən, SOCAR-ın fəaliyyət istiqamətləri ilə daha yaxından tanış olmalarına şərait yaratmaqdan ibarətdir.
“Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi”ndə Azərbaycanın XXI əsrin qlobal və regional enerji layihələrinin işlənilməsi və icra olunmasında rolu, ölkənin milli enerji strategiyası və sosial-iqtisadi yüksəlişi, beynəlxalq enerji bazarlarında müasir vəziyyət və etibarlı neft-qaz ixracatçısı kimi SOCAR-ın perspektivləri, neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyası, neft-qaz sənayesinin inkişaf tendensiyaları və onun mediada işıqlandırılması və s. istiqamətlər üzrə iştirakçılara dolğun informasiyalar çatdırılacaq, şərəfli ənənələrə malik neft sənayemizdə son illər qazanılan əhəmiyyətli nailiyyətlər barədə ətraflı məlumat veriləcək.
Təlimlərdə Dövlət Neft Şirkəti rəhbərliyinin nümayəndələri, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, nüfuzlu mütəxəssis və ekspertlərlə görüşlər keçiriləcək. KİV nümayəndələri həmçinin müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparmaq, istehsalat müəssisələrinə ekskursiyalara getmək və əyləncəli oyun və viktorinalarda iştirak imkanı əldə edəcəklər. İştirakçılar həmçinin xüsusi geyimlərlə və texniki avadanlıqlarla da təmin olunacaqlar. Məktəbin fəaliyyət proqramına və daxili nizam-intizam qaydalarına əməl olunması şərtdir. Layihənin yekunu olaraq iştirakçılar arasında yaradıcılıq müsabiqəsi keçiriləcək və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

“Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” 2015-ci ilin fevral ayında Bakıda və Balakən rayonunda ümumilikdə 10 gün müddətində təşkil olunacaq. Həmin müddətdə iştirakçılar seçilmiş otellərdə yaşayacaqlar. Layihədə yaşı 30-dək olan və 2014-cü ildə iqtisadiyyat mövzusunda materialları (yazılar, audio-foto və video materiallar) yayımlanmış KİV əməkdaşlarının iştirakı nəzərdə tutulub. Layihədə iştirak etmək üçün nümayəndə verəcək KİV-lərin seçimində media orqanlarının ictimai rəyə təsir gücü, dövriliyi, tirajlarının yüksəklik dərəcəsi, peşə prinsiplərinə riayət etmə göstəricisi əsas götürülür. Seçilmiş KİV-lərin rəhbərləri öz namizədlərinin adını layihə çərçivəsində hazırlanmış blanka uyğun doldurmalı və rəsmi şəkildə təsdiqləyərək 2015-ci ilin yanvar ayının son iş gününədək Mətbuat Şurasına təqdim etməlidirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info