“Bakı -2015”lə əlaqədar 200 “London taksi”si gətiriləcək
Tarix: 26.01.2015 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


“Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları ilə əlaqədar yol-nəqliyyat sahəsində ölkəyə gələcək əcnəbilərin, habelə əhalinin gediş-gəlişini təşkil etmək üçün xüsusi proqram hazırlanıb”.
Bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.
Z. Məmmədovun sözlərinə görə, artıq oyunlarla bağlı dəhlizlər, yollar bəllidir: "Yəni turistlərin, qonaqların, idmançıların necə hərəkət etməsi ilə bağlı Nəqliyyat Nazirliyində proqram hazırlanıb".
Oyunlarla əlaqədar yeni nəqliyyat vasitələrinin gətiriləcəyini qeyd edən nazir bildirib ki, artıq ölkəyə 300 “London taksi”si gətirilib. “Gətirilən 300 taksiyə dövlət qeydiyyat nişanı verilib. Bundan başqa, fevralın sonu, martın əvvəlində ölkəyə daha 200 bu tip taksi gətiriləcək”, - deyə qurum rəhbəri bildirib.
Z. Məmmədov əlavə edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən yaradılan “BakuBus” MMC tərəfindən ölkəyə Fransa şirkətinin istehsal etdiyi “İveco” markalı avtobuslar gətiriləcək: “Bu avtobusların adları I Avropa Oyunlarına bağlı olsa da, onlar həmçinin Azərbaycan vətəndaşlarına da xidmət edəcək. Bundan başqa, sürücülərin dil maneəsinin aradan qaldırılması, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində də işlər həyata keçirilir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info