“Azərbaycana radikal İslam damğası vuraraq buranı dağıtmaq istəyirdilər”
Tarix: 26.01.2015 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


“1990-cı illərdə Qorbaçov, Yazov və Primakov Azərbaycanı bölüşdürmüşdülər və bunu rəsmiləşdirmək istəyirdilər. Azərbaycana radikal İslam damğası vuraraq buranı dağıtmaq istəyirdilər”.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 Yanvar şəhidlərinin yaxınları ilə görüşdə deyib.
O qeyd edib ki, xalq buna imkan verməyib, öz sözünü deyib, Azərbaycanın tolerant ölkə olduğunu sübut edib: “20 Yanvar hadisəsi xalqın bu yolda mübarizə əzmini sübut etdi. Allah 20 Yanvarı bizə qəhrəmanlıq üçün göndərmişdi”.
Şeyxülislam hadisənin səhəri günü baş verənlərdən də danışıb: “Bizə təzyiqlər başlandı. Hətta qırılanların dəfninə də mane olurdular. Deyirdilər ki, Dağüstü Park olmaz, hərəni öz qəbiristanlığında dəfn edin. Hətta onlara şəhid deyilməsin. Bunlar o vaxt dövlətə rəhbərlik edənlərin səriştəsizliyinin ucbatından baş verirdi. Çünki o vaxtkı rəhbər imperiyanın köləsi idi”.
A. Paşazadə deyib ki, Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu məsələdə də haqq ədalət yerini tapıb: “Yuxarıda Allah-taala, yerdə isə Heydər Əliyevin köməkliyi ilə haqq öz yerini tapdı, onlara şəhid statusu da verildi. Amma hələ də dünyada bu hadisəyə tam hüquqi qiymət verilməyib”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info