Qabon Azərbaycanla əməkdaşlığa maraq göstərir
Tarix: 26.01.2015 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Qabon Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən gömrük sahəsində əməkdaşlığa maraq göstərir.
Bu barədə Bakıda səfərdə olan Qabonun iqtisadiyyat, investisiyalar və planlaşdırma naziri Mari-Juli Biloqo-Bi-Nzendonq Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyevlə görüşü zamanı bildirib.
Nzendonqun sözlərinə görə, göstərilən sahədə iki ölkə arasında əməkdaşlıq 2013-cü ildə Qabonun Gömrük İdarəsinin rəhbəri Mişel Ondinq Nquyenquyenin Azərbaycana səfəri ilə başlayıb.
Daha sonra nazir DGK rəhbərini Qabonun iqtisadi və turizm potensialı, ölkənin son illər əldə etdiyi uğurlar barədə məlumatlandırıb.
Öz növbəsində, A.Əliyev Qabon Gömrük İdarəsinin direktorunun 2013-cü ildə Azərbaycana səfərini müsbət qiymətləndirib.
Qabon nümayəndə heyətinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran A.Əliyev qeyd edib ki, artıq 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır.
O, həmçinin görüş zamanı nazirlik statusuna malik olan Azərbaycan DGK-nin fəaliyyəti haqqında danışıb.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Gömrük Komitəsi özünün büdcədənkənar maliyyə fonduna malikdir. Oradakı vəsaitlərdən Komitənin əməkdaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün istifadə olunur.
A.Əliyev qonaqları Azərbaycanda nəzarət-buraxılış məntəqələrindən keçid vaxtını müəyyən etmək üçün tətbiq olunan sistem barədə də məlumatlandırıb.
Onun sözlərinə görə, göstərilən sistemin təqdimatı fevralda Brüsseldə keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info