Ermənilərdən növbəti sərsəm iddia
Tarix: 26.01.2015 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Ermənilər indi də Gürcüstana qarşı kilsə iddiası irəli sürürlər. “Vestnik Kavkaza” portalı bununla bağlı maraqlı məlumat yayıb. Məlumatda deyilir ki, Ermənistan Gürcüstandakı 450 kilsənin ermənilərə verilməsi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. “İnterfaks” İnformasiya Agentliyi isə belə bir məlumat yayıb ki, Ermənistan Gürcüstandakı kilsələrin ermənilərə verilməsi ilə əlaqədar UNESCO-ya yazılı müraciət edib.
Gürcüstan Katalikos Patriarxiyası, eləcə də digər qurumlar bu iddianı əsassız adlandırdıqdan sonra erməni Apostol Kilsəsi deyilənləri təkzib edib. Lakin mətbuat yazır ki, əgər belə bir iddia olmasa idi, patriarxiya və digər əlaqədar təşkilatlar müxtəlif bəyanatlar yaymazdı. Necə deyərlər “od olmayan yerdən tüstü çıxmaz”dı.
“Vestnik Kavkaza” portalı yazır ki, ermənilərin bu tələbini bütün Gürcüstanın Katalikos–Patriarxının katibi Mikael Botkoveli Ata da şərh edib. Botkoveli deyib: “Əvvəlcə biz inanmadıq ki, erməni Apostol Kilsəsi belə bir absurd tələblə Gürcüstanın Baş nazirinə yazılı müraciət etsin. Sonradan bunun doğru olduğunu bildik. Bizim üçün maraqlı və qəribədir ki, onlar bunu hansı əsasla edirlər? Görəsən Ermənistanın özündə 450 kilsə varmı?”
Mikael Ata erməni Apostol Kilsəsinin bu addımını Gürcüstan Pravoslov Kilsəsi ilə münasibətlərin kəskinləşməsinə cəhd kimi qiymətləndirib və belə halların yolverilməz olduğunu deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info