Nyu-Yorkun meri əhalini küçəyə çıxmamağa çağırdı
Tarix: 26.01.2015 | Saat: 19:21:00 | E-mail | Çapa göndər


ABŞ-ın şimal-şərqinə böyük qar fırtınası yaxınlaşır. Meteoroloqların proqnozuna görə, yaxın iki gün ərzində bəzi rayonlara 90 santimetrə qədər qar yağa bilər.
TASS informasiya agentliyi xəbər verir ki, Nyu-Yorkun meri Bill de Blazio bunun meqapolis tarixində ən güclü qar fırtınası olacağı barədə xəbərdarlıq edib və əhalini diqqətli olmağa, şəxsi avtomobillərdən istifadə etməməyə, həmçinin ehtiyac yaranmadığı təqdirdə küçəyə çıxmamağa çağırıb.
Qasırğanın tüğyan edəcəyi zonada - Nyu-York, Nyu-Cersi, Konnektikut, Pensilvaniya, Massaçusets və Men ştatlarında təxminən 30 milyon insan yaşayır. Gözlənilən fırtına ilə əlaqədar olaraq mağazalarda ərzaq almaq üçün uzun növbələr yaranıb.
Sinoptiklərin məlumatına görə, Birləşmiş Ştatların şimal-şərqi yanvarın 27-si axşama qədər soyuq siklonun əsarətində qalacaq. Yaxınlaşan qasırğanın 37 il bundan əvvəl - 1978-ci ilin fevral ayında ABŞ-ın şərq sahillərində tüğyan edən qar fırtınasının gücünə bərabər olacağı güman edilir. Həmin vaxt ölkənin şimal-şərqində əlverişsiz hava şəraiti səbəbindən nəqliyyat əlaqəsi bir neçə gün demək olar ki, tamamilə kəsilmişdi.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info