Kurikulumların 12 illik təhsil sisteminə uyğunlaşdırılması nəzərdə tutulur
Tarix: 26.01.2015 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında 12 illik təhsillə bağlı tədbirlər nəzərdə tutulub. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bu gün keçirilən mətbuat konfransında bildirdi ki, 12 illik təhsilə keçidlə bağlı fikirlər bildirilməzdən öncə dünyanın inkişaf etmiş ölkələrində təhsillə bağlı məlumatlar təhlil edilib. Onun sözlərinə görə, belə müəyyən olunub ki, dünya ölkələrində ümumi təhsilin müddəti 12 il və daha artıqdır: “Dünya təhsil sistemlərindən inteqrasiyadan danışılırsa, Azərbaycanda da 12 illik təhsilə keçidlə bağlı müəyyən tədbirlər görülməlidir. Bu məsələ artıq dövlət strategiyasında öz əksini tapıb. 12 illik təhsilə keçid sadə proses deyil. Hazırda ölkədə ümumi təhsilin müddəti 11 ildir. 11 il ərzində 4 illik ibtidai, 6 il ibtidai orta, 2 il tam orta təhsil nəzərdə tutulub. 12 illik təhsilə keçid tədris planlarında köklü şəkildə dəyişikliyi, buna əsasən dərsliklərin dəyişikliyini nəzərdə tutur. Buna da müəyyən işlərdən başlamaq lazımdır. Kurikulum üzrə keçən müddət ərzində təhsil prosesində müəyyən təhlillər aparılıb. Hazırda kurikulumların 12 illik təhsil sisteminə uyğunlaşdırılması nəzərdə tutulur. Bunun üçün müəyyən müddət müəyyənləşdirilib. İlk olaraq 12 illik təhsilə keçidlə bağlı mütəxəssislərdən ibarət işçi qrupu yaradılacaq. 12 illik təhsilə keçidin əsas müsbət cəhətlərindən biri də tədris proqramlarının genişləndirilməsidir”.
A.Əhmədov qeyd etdi ki, təhsilin səviyyələri üzrə bütün təhsil pillələrinə uyğun təhsil proqramları 12 illik təhsil sisteminə uyğunlaşdırılacaq: “10 illik ümumi orta, 2 illik tam orta təhsil-lisey səviyyəsinin müəyyən edilməsi pedaqoji sahə üzrə mütəxəssislər tərəfindən müzakirə olunacaq. İndidən hansı tədris ilindən 12 illik təhsilə keçiləcəyi barədə danışmaq tezdir. Növbəti müzakirələrin nəticəsindən sonra ümumi məsələyə, 12 illik təhsilə keçidlə bağlı bir çox məsələlərə aydınlıq gətiriləcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb
17.01.2019
Qərargah: Sumqayıtda küləyin sürəti 40 m/s, dənizdə isə dalğalar 7,5 metrə çatdı
17.01.2019
Bu içki stressi azaldır
17.01.2019
“Azəriqaz“: Ölkə üzrə təbii qazın verilişində problem yaranmayıb
17.01.2019
Səhiyyə Nazirliyi: Güclü küləyin əsməsi nəticəsində bu saata qədər xəsarət alan olmayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info