Fevral ayında müəllimlər əlavələrlə artım olan əməkhaqqını alacaqlar
Tarix: 26.01.2015 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


“Dövlət başçısının sərəncamı ilə müəllimlərin dərs yükünün artırılması dünya standartlarına uyğunlaşmaq baxımından əhəmiyyətlidir”. Bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bu gün keçirilən mətbuat konfransında bildirdi. A.Əhmədov xatırlatdı ki, 1992-ci ilə kimi Azərbaycanda müəllimin dərs yükü 18 saat müəyyənləşdirilib: “İşləyən müəllimlərin 1 stavka dərs yükü 18 saatla tarifləşdirilirdi. Müəllimlər üçün 1 stavka dərs üçün 18 saata nə qədər əmək haqqı düşürdüsə, 1992-ci ildən sonra 1 stavka üçün dərs yükü 12 saata endirildi. 1992-ci ildən bu günə kimi dərs yükü normasının azaldılması nəticəsində müəllimlərin sayı 20 min nəfərədək artdı və müəllim-şagird nisbəti fərqləndi. Bu da təhsildə müəyyən məsələlərə səbəb oldu”.
Nazirlik təmsilçisi onu da dedi ki, Prezidentin bu sərəncamı müəllimlər üzərində də müəyyən öhdəliklər qoyur: “Bir məsələni qeyd edim ki, bu prosesdən sonra Bakı şəhərində müəllimin 6 saatdan az dərs yükü olmayacaq”.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev qeyd etdi ki, indiki halda müəllimlərin əməkhaqqı onların təhsili və iş stajı ilə ölçülür. Onun sözlərinə görə, gələcəkdə isə differansial əmək haqqı sisteminin - nəticə yönümlü, rəqabət əsaslı sistemin yaradılması nəzərdə tutulur. Buna əsasən də artıq müəllimlərin əmək haqqına onların təhsili və bilik səviyyəsi deyil, müəyyən nəticələri də təsir edəcək. Hazırda bu istiqamətdə iş gedir”. O qeyd etdi ki, müəllimlərin dərs yükü norması və əmək haqqının artırılmasından sonra artımın nə qədər olacağı barədə hər hansı bir konkret rəqəm vermək mümkün deyil: “Hazırda müəllimlərin əməkhaqqı üçün dərs yükü norması 18 saatdır və ona uyğun olaraq əməkhaqqı hesablanacaq. Yanvarın 1-dən etibarən müəllimlər üçün yeni əməkhaqqı hesablanacaq və fevral ayında müəllimlər əlavələrlə artım olan əmək haqqını alacaqlar”. Dərs yükü normasının artırılmasının müəllimlərin ixtisarına səbəb olub-olmayacağına gəlincə, qeyd olunub ki, sərəncamda söhbət dərs yükünün rasionallaşdırılmasından gedir və bu gün hər hansı bir müəllimin ixtisarından söhbət getmir.
Təhsilin İnkişaf proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev qeyd etdi ki, Prezidentin sərəncamında müəllimlərin dərs saatının deyil, dərs yükü normasının artırılmasından söhbət gedir: “Bu o demək deyil ki, məcburi şəkildə bütün müəllimlərin dərs saatı artacaq. Dərs yükü normasının 12 saatdan 18 saata kimi artırılması nəzərdə tutulur. Buna uyğun olaraq müəllimlər artıq 1 stavkada 18 saat dərs yükü ilə işləyəcəklər. 18 saata əsasən müəllimlər 1 stavkanın 2/3 hissəsini işləmiş olacaq. Amma bu o demək deyil ki, müəllimlərin hamısının dərs yükü məcburi şəkildə 18 saata kimi artırılmalıdır. Müəllimlərin dərs yükünü tədricən artırmaq üçün gələcəkdə müxtəlif tənzimləmə vasitələrindən istifadə edilə bilər.
Son 1 il yarım ərzində görülən iş nəticəsində dərs saatlarının rasionallaşdırılmasına görə məktəblərdə şagird müəllim nisbəti 9:11 və ya 9:12-yə doğru azalıb. Ümumilikdə, əməkhaqqının artırılması çətin məsələdir. Müəllimlərin əməkhaqqının artırılması zamanı müəllimin 1 stavka əmək haqqına düşən məbləğ artır. Bu da ancaq Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərə şamil olunacaq. Regionlarda isə bu islahatı o zaman keçirmək mümkün olacaq ki, bunun üçün zəmin yaradılsın”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info