Azərbaycanın multikulturalizm strategiyası dünyada böyük fərəh doğurur
Tarix: 26.01.2015 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub.
Görüşdə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda vətəndaşların vicdan azadlığının təmin olunması istiqamətində görülən işlər, ölkəmizdə hökm sürən tolerant və multikultural mühit haqqında məlumat verib. O, Azərbaycanda bütün millətlərin nümayəndələri, o cümlədən yəhudilər üçün çox yaxşı birgəyaşayış şəraitinin yaradıldığını diqqətə çatdırıb.
Sədr yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşmaları və qəhrəmanlıqla şəhid olmaları faktını xalqımızın heç vaxt unutmayacağını qeyd edib.
Akko şəhərinin meri Şimon Lankri Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrilməsinin, ölkəmizin multikulturalizm strategiyasının dünyada böyük fərəh doğurduğunu diqqətə çatdırıb. O, əlaqələrimizin möhkəmlənməsində Azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin böyük rolunun olduğunu bildirib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info