Ödənişli əsaslarla qəbulda tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq
Tarix: 26.01.2015 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


"Bu gün dünyanın heç bir yerində ödənişsiz təhsil sistemi yoxdur. Sadəcə, dövlət büdcəsindən ödənilmə var. Odur ki, strategiyadan irəli gələn məsələdə söhbət ödənişli təhsilin ləğvindən yox, sadəcə, qəbul planının ləğvindən gedir".
bunu Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına həsr olunan mətbuat konfransında çıxışı zamanı bildirdi. Onun sözlərinə görə, bu gün ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi təhsilə görə ödəniş haqlarının ləğvi mənasına gəlmir: “Sadəcə, ödənişli əsaslarla qəbul olan tələbə sayına qoyulan məhdudiyyətlər ləğv olunacaq, təhsil haqqı isə əvvəlki kimi olacaq. Orta və ali təhsil müəssisələrinə tələbələrin potensialı, maddi-texniki baza, elmi-pedaqoji potensial, mövcud laboratoriya bazası nəzərə alınmaqla imkan verilən miqdarda ödənişli əsaslarla tələbə qəbul etmələrinə imkan yaradılacaq”. Qeyd edək ki, ölkə başçısı təsdiqlənən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti 2015-2016-cı illər ərzində mülkiyyət formasından asılı olmayaraq, ali və orta ixtisas təhsili müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsini və dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsini nəzərdə tutan yeni qəbul və yerləşdirmə mexanizminin hazırlanmasını və təsdiq üçün təqdim olunmasını təmin etməlidir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info