Türkiyə ilə iş qüvvəsinin qarşılıqlı şəkildə məşğulluğuna dair protokol layihəsi müzakirə olunub
Tarix: 26.01.2015 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin müstəşarı Ahmet Erdemlə görüş olub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə söykənən strateji əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb: “Sevindirici haldır ki, bu əməkdaşlıq iki ölkə arasında əmək və sosial müdafiə sahəsində də uğurla davam edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2013-cü ilin noyabrında Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Ankarada iki ölkənin hökumətləri arasında bir sıra sahələrdə olduğu kimi, əmək, əmək miqrasiyası, sosial müdafiə və məşğulluq sahəsində də əməkdaşlığa dair Sazişlər imzalanıb. Bu sənədlər qardaş ölkələrimizin qeyd olunan sahələrdə əməkdaşlığının inkişafını daha da gücləndirib və onların icrası ilə bağlı hər iki tərəfin gördüyü işlər nəticə etibarilə ölkələrimizdə əmək və sosial müdafiə sisteminin təkmilləşməsinə yönəlib”.
S.Müslümov ölkəmizin sosial-iqtisadi inkişafını səciyyələndirən makroiqtisadi göstəriciləri, habelə ölkəmizdə əmək və sosial müdafiə sisteminin müasir dünya təcrübəsi əsasında təkmilləşdirilməsi istiqamətində aparılan islahatları diqqətə çatdırıb. Nazir bildirib ki, bu islahatlar prosesində Türkiyənin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq xüsusi önəm kəsb edir: “Əməkdaşlıq çərçivəsində fəaliyyət sahələri, o cümlədən əmək və əməkçi miqrantlar, sosial müdafiə, sosial xidmətlər, məşğulluq, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, kadr hazırlığı və s. ilə bağlı mütəmadi olaraq fəal təcrübə və məlumat mübadilələri həyata keçirilir. Eyni zamanda, müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız məqsədyönlü şəkildə davam etdirilir. Qarşıdakı dövrdə də bu əlaqələrin daim inkişaf etdirilməsi ilə yanaşı, əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi prioritet önəm kəsb edir”.
A.Erdem Azərbaycan və Türkiyə əməkdaşlığının ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün bir örnək olduğunu və Azərbaycanın daim inkişafda olmasının, dünya birliyində mövqeyinin güclənməsinin məmnunluq doğurduğunu bildirib. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində iki ölkənin əməkdaşlığının yüksək səviyyədə həyata keçirilməsi üçün təmsil etdiyi nazirlik tərəfindən bütün səylərin göstərildiyini və əlaqələrin bundan sonra da daim güclənəcəyinə əminliyini ifadə edib. A.Erdem əmək miqrasiyası, işçi qüvvəsinin qarşılıqlı məşğulluğu sahələrində əməkdaşlığa toxunub, xüsusən işçi qüvvəsinin qarşılıqlı məşğulluğunun dəstəklənməsi ilə bağlı görülən işlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə iki ölkənin əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri, iki ölkə arasında əmək miqrasiyası, “Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında iş qüvvəsinin qarşılıqlı şəkildə məşğulluğuna dair Saziş”də dəyişiklik edilməsinə dair Protokol”un layihəsi və digər məsələlərə dair fikir mübadilələri aparılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info