Təhsil Problemləri İnstitutunda beynəlxalq ekspertlərlə görüş
Tarix: 26.01.2015 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Təhsil Problemləri İnstitutunda (TPİ )Avropa İttifaqının beynəlxalq eksperti ilə görüş keçirilib. TPİ-nin beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən bildiriblər ki, institutun direktoru Qulu Novruzov qonaqlara rəhbərlik etdiyi institutda mövcud şöbələr və xüsusilə də Peşə ixtisas təhsili şöbəsinin fəaliyyəti barədə danışıb. Peşə təhsili və təliminin keyfiyyəti üzrə beynəlxalq ekspert Qalya Bojanova Avropa komissiyasının nümayəndəliyinin Avropa layihəsi üzrə mütəxəssisi kimi görüşün Təhsil Problemləri Institutunda olmasından məmnun olduğunu bildirib. Qeyd edib ki, bizim layihə Azərbaycanın növbəti təhsil proqramı üzrə nəzərdə tutulacaq və yeni hazırlanacaq peşə təhsili və təlimi standartları üzrə mövcud vəziyyəti öyrənib, onunla bağlı texniki tapşırıqları hazırlayıb Avropa Şurasına dəstək olmaqdır. O, söhbətində ən çox peşə təhsilinə daha çox diqqət yetirdiklərini vurğulayıb. Məqsəd peşə təhsili və təlimi sahəsində standartların hazırlanması metodikası, keyfiyyət və qiymətləndirilmə sisteminin hazırlanmasıdır. Q. Bojanova qeyd edib ki, əsas məqsəd beynəlxalq təcrübəyə əsaslanaraq peşə və təhsil standartlarının qarşılıqlı əlaqəsi zəminində onların uyğunluğunu təmin etmək və bunlarla bağlı hazırlanmış texniki tapşırığı Avropa Şurasına təqdim etməkdir. Görüşdə əmək bazarının tələblərini ödəyən peşə və təhsil standartlarının hazırlanması və tətbiqi ilə əlaqədar maraqlı tərəflərin (ilk peşə ixtisas təhsili müəssisələri, işəgötürənlər və s..) birgə işinin daha da yaxşılaşdırılması üzrə Avropa İttifaqı, Təhsil Nazirliyi və digər təşkilatların bu işə dəstəyinin yaxşılaşdırılması üçün yeni layihələrin hazırlanması məsələləri ətrafında da söhbət aparılıb. Görüşdə kurikulumların hazırlanması tətbiqinin təlim prosesinə tətbiqi, onun müəllim və şagirdlərin inkişafına təsiri məsələləri ətrafında da geniş müzakirə aparılıb. İnstitutun direktoru Qulu Novruzov peşə təhsilinin cəmiyyətin təhsil siyasətinin ayrılmaz hissəsi olması, nəticəyönümlü məzmunun tətbiqi şəraitində daha uğurlu nəticələrin əldə olunmasına şərait yaratması, müəllim və şagirdlərin yaradıcı fəaliyyətinin stimullaşdırılması kimi məsələlərdən danışaraq “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində bu sahəyə xüsusi önəm verildiyini bir daha vurğulayıb. O, gələcəkdə peşə təhsili və təlimi üzrə hər bir əməkdaşlığa və lazımı məzmunun hazırlanması işində hazır olduqlarını vurğulayıb. Görüşdə Təhsil Problemləri İnstitutunun Peşə ixtisas təhsili şöbəsinin müdiri Rəsul Əsgərov və institutun beynəlxalq əməkdaşlıq və informasiya şöbəsinin müdiri Almaz Həsrət iştirak ediblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info