Moskva Dövlət Universiteti 260 illik yubileyini qeyd edir
Tarix: 26.01.2015 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Rektor Nərgiz Paşayeva Moskva Dövlət Universitetinin Fəxri
professoru diplomuna layiq görülüb

Rusiyanın qabaqcıl təhsil ocaqlarından biri - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) 260 illik yubileyini qeyd edir. Dünən bu əlamətdar hadisə münasibətilə Universitetin akt salonunda təntənəli iclas keçirilib. İclasda Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva da iştirak edib.
Tədbirdə qonaqlara Universitetin tarixindən bəhs edən teatrlaşdırılmış səhnələr təqdim ediləcək, elmi nailiyyətlərə görə Lomonosov və Şuvalov mükafatları, habelə MDU-nun fəxri professoru diplomu təqdim edilib. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yaradılması və inkişafındakı, Rusiyanın bu qabaqcıl ali məktəbi ilə səmərəli əməkdaşlığın qurulmasındakı görkəmli xidmətlərinə görə MDU-nun Fəxri professoru diplomuna layiq görülüb. Fəxri diplom professor Nərgiz Paşayevaya yubileyə həsr olunmuş təntənəli iclasda təqdim edilib. MDU 1755-ci ildə imperatriça Yekaterina Petrovnanın fərmanı əsasında yaradılıb. İlk gündən ali təhsil ocağı qabaqcıl elmi ideyaların daşıyıcısına çevrilib. Hazırda Universitetin 41 fakültəsi və 15 elmi-tədqiqat institutu var. MDU-nun rektoru vəzifəsində 1992-ci ildən fizika-riyaziyyat elmləri doktoru, akademik Viktor Sadovniçiy çalışır. MDU-nun Rusiyada və xarici ölkələrdə fəaliyyət göstərən 5 filialında 80-dən çox ölkənin nümayəndəsi təhsil alır. Belə filiallardan biri də Bakıda yerləşir.
Professor Nərgiz Paşayevanın rəhbərlik etdiyi Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə yaradılıb. Təhsil müəssisəsində 5 fakültədə 400-dən çox tələbə yerli müəllimlərlə yanaşı, Moskvadan ezam edilən tanınmış professor və müəllim heyəti vasitəsilə biliklərə yiyələnir.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info