DİA-da “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin açılışı olub
Tarix: 27.01.2015 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Dünən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin açılış mərasimi olub və “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramının ilk mühazirələri dinlənilib.
DİA ilə Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu (TODAİE) arasında imzalanmış müvafiq Anlaşma Protokoluna uyğun olaraq keçirilən tədbirdə ayrı-ayrı dövlət qurumlarının rəhbərləri, Türkiyə Əmək və Sosial Təhlükəsizlik Nazirliyinin, TODAİE-nin nümayəndələri, alim və mütəxəssislər iştirak ediblər. Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasətinin, zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb.
DİA-nın fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verən akademik Urxan Ələkbərov bu ali məktəb ilə Türkiyənin müxtəlif təhsil müəssisələri, qurumları, o cümlədən Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutu arasında səmərəli əməkdaşlığın olduğunu bildirib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlıq münasibətlərindən bəhs edib, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladıb.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə böyük nailiyyətlər qazanıldığını diqqətə çatdırıb. Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun ölkələrimiz arasındakı tarixi birlikdən danışıb. Müasir dünyada elmin, təhsilin mühüm rolunu vurğulayan Türkiyə Əmək və Sosial Təhlükəsizlik Nazirliyinin müşaviri Əhməd Ərdəm və digər çıxış edənlər “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin əhəmiyyəti barədə fikirlərini söyləyiblər. Sonra “Yüksək vəzifəli dövlət qulluqçularının təlimi” proqramının ilk mühazirələri dinlənilib.
Yanvarın 30-dək qeyd edilən proqram çərçivəsində Türkiyə və Orta Şərq Dövlət İdarəetmə İnstitutunun mütəxəssisləri “Dövlət idarəçiliyi islahatları”, “Dövlət idarəçiliyi nəzəriyyələri”, “Dövlətdə qərar qəbulu prosesi”, “Siyasət nəzəriyyələri” və digər mövzularda dərslər keçəcəklər.
Eyni zamanda “Qafqaz Dövlət İdarəçiliyi Araşdırma və Tədris Mərkəzi”nin fəaliyyət istiqamətləri kimi müəyyən edilən mövzularda birgə araşdırmalar aparmaq, təhsil və araşdırma heyətlərinin mübadiləsini həyata keçirmək, qısamüddətli tədris proqramlarını təşkil etmək, müştərək magistr tədris proqramları hazırlamaq, elmi-praktiki konfranslar, seminarlar keçirmək və s. nəzərdə tutulur.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info