Gəncədə “Gənclərin fərdi inkişaf akademiyasi” layihəsinin icrasına başlanılıb
Tarix: 27.01.2015 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


Gəncədəki “Odlar Yurdu” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin fərdi inkişaf akademiyası” adlı yeni layihənin icrasına başlayıb.
Layihənin əsas məqsədi gənclərin fərdi inkişafına nail olmaq, onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarını genişləndirmək, vacib olan biliklərin verilməsinə və formalaşdırılmasına nail olmaqdan ibarətdir.
Birliyin sədri Nigar Ələsgərova bildirib ki, layihə çərçivəsində seçiləcək 100 nəfər gəncə peşəkar təlimçilər tərəfindən fərdi inkişaf və gələcək fəaliyyət üçün vacib olan mövzularda məşğələlər keçiriləcəkdir.
Akademiya hər biri 3 gün olmaqla 2 müxtəlif məkanda 50 nəfəri əhatə edəcək. Layihənin gənclərə daha faydalı olması məqsədilə tədris olunacaq təlimlərdə gənclərin öyrənməyə ehtiyac duyduqları istiqamətləri müəyyən etmək məqsədilə sosial sorğu da aparılacaq. Bununla da layihənin icra müddətində 100 nəfər gənc fərdi inkişaf sahəsində əldə etdiyi bilikləri gələcək fəaliyyətində tətbiq edəcək.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info