Yuri Sergeyev: “Onlar Ukraynanın suveren ərazisində nə edirlər?”
Tarix: 27.01.2015 | Saat: 15:35:00 | E-mail | Çapa göndər


Ukraynanın BMT-dəki daimi nümayəndəsi, səfir Yuri Sergeyev Ukraynanın şərqində 12 mindən çox Rusiya əsgərinin olduğunu açıqlayıb.
UNİAN-ın verdiyi məlumata görə, səfir BMT Təhlükəsizlik Şurasının Ukraynada yaranmış vəziyyətə həsr olunan iclasında çıxış edərək bildirib ki, bu rəqəm çoxsaylı müstəqil müşahidəçilər və beynəlxalq təşkilatların Ukraynadakı missiyaları tərəfindən təsdiqlənib: “Ötən dəfə biz bu zalda Ukraynada 9 min Rusiya əsgərinin olduğunu söyləmişdik, indi isə bu rəqəm 12 mindir. Onların sərəncamında 235 tank, 720 zirehli texnika, 263 artilleriya sistemləri var. Rusiya tərəfinin buna hər hansı izahat verməsi yaxşı olardı. Onlar Ukraynanın suveren ərazisində nə edirlər? Bu qüvvələr dərhal çıxarılarsa, problemi həll etmək xeyli asan olardı”.
Y. Sergeyev qeyd edib ki, Rusiyanın BMT-dəki nümayəndəsi bu məsələdən danışmaq əvəzinə, “çevriliş”, “Bandera”, “faşistlər”, “rusdillilərin hüquqlarını pozulması”, “antisemitizm” nağıllarını təkrarlamağa davam edir. O, Rusiya səfirinin bir dəfə də olsun Volnovaxa və Mariupolda ölən dinc sakinlərlə bağlı başsağlığı vermədiyini vurğulayıb: “Mən bir daha Rusiya Federasiyasını söz oyununa son qoymağa çağırıram. Sizin Ukraynaya qarşı birbaşa və dolayı təcavüzünüzə dair bizdə çoxsaylı sübutlar var”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”
22.02.2019
Çin, Rusiya və Hindistan XİN rəhbərlərinin növbəti üçtərəfli görüşü keçiriləcək
22.02.2019
AKP-nin Türkiyə parlamenti sədrliyinə namizədinin adı bəlli oldu
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info