Bakıda Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı müzakirə olunur
Tarix: 27.01.2015 | Saat: 15:59:00 | E-mail | Çapa göndər


Bakıda Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin Daimi İşçi Qrupunun 1-ci iclası keçirilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib ki, iclasda Azərbaycan, Qazaxstan, Gürcüstan və Türkiyənin dəmir yollarının və digər müvafiq qurumlarının rəhbərləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov dəmir yolunda aparılan islahatlar, qarşıdakı perspektiv vəzifələr haqqında geniş məlumat verib.
Sonra “2014-cü ildə Transxəzər beynəlxalq nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi və 2015-ci il üçün bu sahə üzrə proqnoz haqqında”, “Çin-Türkiyə marşrutu ilə hərəkət edəcək konteyner qatarlarının təşkili və bu layihə çərçivəsində Transxəzər beynəlxalq nəqliyyat marşrutu iştirakçılarının Birgə müəssisə yaradılması haqqında”, “Transxəzər beynəlxalq nəqliyyat marşrutu ilə yüklərin nəqli üzrə rəqabətədavamlı kompleks dərəcələrin müəyyən edilməsi haqqında”, “Maraq coğrafiyasını və iştirakçıların sayını artırmaqla, həmçinin onun tərkibinə Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələrinin nəqliyyat şirkətlərini cəlb etməklə Qazaxıstan tərəfinin Komitənin Avrasiya Nəqliyyat Assosiasiyası ilə əvəzlənməsi haqqında təklifi” və digər məsələlərin müzakirəsi aparılıb.
Yanvarın 26-da işə başlayan iclas ikinci iş gününü komissiyalarda müzakirələrlə davam etdirir.
İclasın sonunda müvafiq sənədlər imzalanacaq.


Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb
18.03.2019
Dənizçilər Cocuq Mərcanlıda olublar
18.03.2019
“QALA“ Yunanıstanda Novruz tədbirlərinə start verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info