ABŞ polisi yenə də yeniyetmə qatili oldu
Tarix: 27.01.2015 | Saat: 16:01:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kolorado ştatının polis əməkdaşı 16 yaşlı qıza atəş açıb. “RİA Novosti” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, iki polis əməkdaşı avtomobillərdən birinə yaxınlaşarkən, sürücü maşını işə salıb və uzaqlaşmaq istəyib. Nəticədə polislərdən birinin xəsarət aldığı bildirilir. Bunu görən digər polis əməkdaşı isə avtomobilə atəş açmağa başlayıb ki, nəticədə maşında olan yeniyetmə qız ağır yaralanıb. Şahidlərin sözlərinə görə, bundan sonra polis əməkdaşları huşunu itirmiş halda olan qızı avtomobildən çıxararaq əlinə qandal taxıblar. Yalnız bundan sonra məlum olub ki, yeniyetmə dünyasını dəyişib. Aidiyyəti qurumlar ölən yeniyetmənin adını açıqlamasalar da dünyasını dəyişən qızın yaxınlarından biri mediaya açıqlama verərək onun adının Cessika Ernandes olduğunu deyib.
Artıq məsələ ilə bağlı etiraz aksiyasının da keçirildiyi bildirilir.
Qeyd edək ki, bu kimi hallar ilk dəfə deyil ki, ABŞ-da baş verir.
Ümumiyyətlə ABŞ polisi nəinki ötən il ərzində, həmişə bu kimi hallarda dərhal silahdan istifadə edib ki, nəticədə də xeyli sayda günahsız uşaq və ya yeniyetmə dünyasını dəyişib. Bununla bağlı hətta uzun müddətli etiraz aksiyaları da təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info