Yarım milyondan çox insana biometrik ümumvətəndaş pasportu verilib
Tarix: 27.01.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Azərbaycanda şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi ilə əlaqədar 2014-cü il ərzində hər hansı neqativ hal qeydə alınmayıb və vətəndaş məmnunluğu tam təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən bildiriblər.
Ötən il İdarənin Pasport şöbəsi, həmçinin bölgələr üzrə regional şöbələri tərəfindən ölkə vətəndaşlarına ümumilikdə 209 min 606 ümumvətəndaş pasportu verilib.
Ümumilikdə, pasport sistemi üzrə aparılan islahatın başlandığı dövrdən, yəni 2013-cü ilin sentyabr ayından 31.12.2014-cü il tarixədək ölkə əhalisinə ümumilikdə 558 869 ümumvətəndaş pasportu verilib və onların hamısı biometrik olub.
Bundan əlavə, 2014-cü il ərzində 1 milyon 165 min 565 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilib. Müvafiq sənədlə təmin olunanlardan 829 min 310-u 16 yaşından yuxarı, 336 min 255-i isə 16 yaşa çatmamış şəxslər olub. Bakı şəhəri üzrə 69 min 582, Naxçıvan Muxtar Respublikası üzrə 39 min 018, respublikanın digər şəhər və rayonları üzrə 1 milyon 56 min 965 şəxsiyyət vəsiqəsi verilib.
İslahat başlayandan, yəni 13.09.2001-ci ildən 31.12.2014-cü il tarixədək Azərbaycan respublikası vətəndaşlarına 7 milyon 105 min 739 (Bakı şəhəri üzrə 1 milyon 660 min 187) şəxsiyyət vəsiqəsinin verilməsi təmin olunub. Onlardan 16 yaşından yuxarı 6 milyon 512 min 994 (Bakı şəhəri üzrə 1 milyon 501 min 466), 16 yaşa çatmamış şəxslərə isə 592 min 795 (Bakı şəhəri üzrə 158 min 970) şəxsiyyət vəsiqəsi verilib.
İdarədən həmçinin bildiriblər ki, 2015-ci il dekabrın 1-dən etibarən ölkədə biomerik şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info