“Holokost və Xocalı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa
Tarix: 27.01.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universitetinin (BSU) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Holokost və Xocalı müasirlərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri, yerli və xarici ölkə alimləri iştirak ediblər.
Əvvəlcə Holokost və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru professor Azad Məmmədovun moderatorluğu ilə keçirilən “dəyirmi masa”da BSU-nun rektoru, professor Asif Hacıyev, İsrailin Akko şəhərinin meri Şimon Lankri çıxış edərək bildiriblər ki, 2005-ci ildən bəri hər il yanvarın 27-si BMT Baş Assambleyası tərəfindən Beynəlxalq Holokost Qurbanlarının Anım Günü kimi qeyd edilir. Diqqətə çatdırılıb ki, Holokost dünyada beynəlxalq cinayət aktı kimi tanınıb. Bu məqsədlə böyük lobbiçilik işləri aparılıb.
Natiqlər Azərbaycan lobbisinin də xalqının məruz qaldığı kütləvi qırğınların, soyqırımılarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması sahəsində fəaliyyətini gücləndirəcəyinə və Azərbaycan həqiqətlərinin düzgün qiymətləndirilməsi işinə öz töhfəsini verəcəyinə inamlarını ifadə ediblər.
Daha sonra “Holokost Azərbaycanlıların gözü ilə”, “Xocalı İsraillilərin gözü ilə”, “Azərbaycanda yəhudi icması: tarix və çağdaş reallıqlar”, “Holokost soyqırımı və Xocalı faciəsi” və digər mövzularda məruzələr dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info