Makroiqtisadi siyasətin məşğulluğa təsirinə dair beynəlxalq seminar keçiriləcək
Tarix: 27.01.2015 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşəbbüsü ilə Bakıda “Makroiqtisadi siyasət və onun məşğulluq siyasətinə təsirinin təhlili” mövzusunda beynəlxalq seminar keçiriləcək. Tədbirdə ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, Beynəlxalq Əmək Təşkilatının (BƏT), ayrı-ayrı ölkələrin nümayəndələri iştirak edəcək.
Seminarda məqsəd makroiqtisadi siyasətlərin əmək bazarına təsiri, bu siyasətlərin məşğulluq strategiyaları və əmək bazarına uyğunluğu, gənclərin məşğulluğunun təşviqi, sosial və əmək bazarı siyasətinin yerinə yetirilməsi və s. məsələlərin, eləcə də demoqrafik, sosial və əmək bazarı tendensiyalarının ətraflı təhlil edilməsi, bu sahələrdə işgüzar potensialın artırılması və bilik mübadiləsinin təmin olunmasıdır. Ölkələrdə həyata keçirilən məşğulluq proqramları və onların nəticələrinin ətraflı müzakirə olunacağı tədbirdə mövzularla bağlı qrup formatında interaktiv müzakirələrin aparılması və mövcud təcrübələrin təhlili əsasında gənclərin məşğulluğunun təşviqi üzrə ekspert tövsiyələrinin verilməsi nəzərdə tutulur.
Seminarın sonunda Azərbaycanın aktiv məşğulluq proqramları, o cümlədən gənclər üçün fəal əmək bazarı proqramlarının hazırlanması və icrası, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi və s. ilə bağlı təcrübəsi təqdim ediləcək, BƏT-in və digər xarici ekspertlərin şərhləri dinləniləcək.
İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info