Beynəlxalq həkimlər tərəfindən Leyla Yunusovanın müayinəsi aparılıb
Tarix: 27.01.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Məlumat verildiyi kimi, Azərbaycan hökuməti humanizm prinsiplərini rəhbər tutaraq və Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Leyla Yunusovanın səhhəti barədə yayılan şayiələrə son qoymaq məqsədilə Almaniyanın tanınmış “Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vittin Leyla Yunusovanı müayinə etməsinə razılıq verib və bunun üçün bütün şərait yaradılıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən AzərTAc-a verilən məlumata görə, təqsirləndirilən şəxs Leyla Yunusovanın tam müayinəsi 2014-cü il dekabrın 29-da Respublika Diaqnostika Mərkəzində Kristian Vitt və Azərbaycanın müxtəlif sahələr üzrə yüksək ixtisaslı həkimləri - professorlar Murad Məmmədov, Gəray Gəraybəyli, Rauf Ağayev və tibb elmləri doktoru Rövşən Həsənovun iştirakı ilə aparılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bildirir ki, 2015-ci il yanvarın 26-da Respublika Diaqnostika Mərkəzində Leyla Yunusovanın növbəti müayinəsi həyata keçirilib, laborator analizlər üçün qan nümunələri götürülüb. Leyla Yunusovaya dəfələrlə ginekoloji və onkoloji müayinədən keçmək təklif edilib, lakin o, müayinələrdən imtina edib.
Müayinə aparmış beynəlxalq həkim qrupunun tərkibinə əvvəlki müayinədə iştirak etmiş mütəxəssislərlə yanaşı, həmçinin Macarıstanın Budapeşt şəhərindəki “Metropolitan” Onkoginekoloji Mərkəzinin rəhbəri professor Laszlo Unqar və tanınmış ginekoloq professor Aleksandr Borsukov da daxil edilib.
Müayinənin nəticəsi olaraq, beynəlxalq həkim qrupu tərəfindən protokol tərtib olunub, nəticələr sənədləşdirilib və müayinə prosesinin foto və videoçəkilişi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info