Ukraynada etnik ayrı-seçkilik kobud şəkildə təbliğ olunurmuş
Tarix: 27.01.2015 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Ukrayna Ombudsmanı Valeriya Lutkovskaya Nikolayev şəhərində azərbaycanlıların hüquqlarının pozulması faktı ilə bağlı bəyanat verib. Ukrayna Ombudsman Aparatının (İnsan haqları üzrə müvəkkil) rəsmi saytında yer alan xəbərə görə, bəyanatda Nikolayevin iri əyləncə və ticarət kompleksi olan “Sotka”da azərbaycanlı müştərilərin qovulması və onların kompleksə girişinə qadağa qoyulması sərt tənqid olunub, şəhər meriyasından və restoran rəhbərliyindən buna son qoymaq tələb edilib.
Ombudsman bəyan edib ki, baş verən qanunsuzluq faktı “Ukraynada diskriminasiyanın qarşısının alınması prinsipləri haqqında” qanunun 6-cı maddəsinə ziddir və cinayət məsuliyyəti yaradır. Açıqlamada bildirilib ki, azərbaycanlıların müraciəti və Ombudsman tərəfindən toplanan materiallar əsasında məlum olub ki, uzun müddətdir kompleksdə istehlakçı hüquqlarının pozulması ilə yanaşı, irqi və etnik ayrı-seçkiliyin kobud şəkildə təbliğ olunması da müşahidə edilib: “Biz bu halı pisləyir və Ukrayna ənənələrinə uyğun olmadığını bildiririk. Aidiyyəti orqanlardan dərhal bu faktın araşdırılmasını tələb etmişik”.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə açıqlamasında deyib ki, məsələ ilə bağlı Ukrayna vilayət Prokurorluğunda həmin kompleksin rəhbəri Viktor Qorbaçova qarşı Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən cinayət işi açılıb: "Bu maddənin sanksiyaları 2 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə və aylıq gəlirin 50 faizinin zərərçəkənlərə təzminat kimi ödənilməsidir. Bu hal orada bir neçə ildir baş verir. Nikolayevdəki azərbaycanlıların hüquq müdafiəçisi, iş adamı Xəyyam Dünyamalızadə azərbaycanlılar adından bunu rəsmi instansiyalara çatdırdığına görə müəssisə rəhbərliyi tərəfindən ona qarşı basqıların olması faktını da lazımı orqanlara bildirmişik”.
X. Dünyamalızadə isə qeyd edib ki, həmin müəssisədə azərbaycanlıların etnik mənsubiyyətinə görə aşağılanması bir neçə ildir davam edirmiş: “Biz bu faktı yoxlamaq üçün özümüz ora getdik və eyni halla qarşılaşdıq. Bizi qovdular. Əvvəldən apardığımız gizli çəkilişlər və digər faktlar əsasında Ukrayna Baş Prokurorluğuna müraciət etdik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info