İran bu il Avrasiya İqtisadi İttifaqı ilə müqavilə imzalamağı planlaşdırır
Tarix: 27.01.2015 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


İran 2015-ci ildə Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə müqavilə, yaxud anlaşma memorandumu imzalamağı planlaşdırır və öz məhsullarının Rusiyaya ixracı üçün bu fürsətdən istifadə etmək niyyətindədir. Bu barədə İranın Moskvadakı səfiri Mehdi Sənai “RİA Novosti”yə müsahibəsində bəyan edib. Diplomat bildirib: "Hesab edirəm ki, 2015-ci ildə biz İranın Aİİ ilə müəyyən iqtisadi əlaqələrə malik olması üzərində çalışmalıyıq. Biz indi bunun üzərində işləyirik, İran bu fürsətdən Rusiyaya və digər ölkələrə mal ixracı üçün istifadə etmək niyyətindədir”.
Onun sözlərinə görə, İran və Rusiyanın tam əməkdaşlığı yolunda İran malları üçün yüksək gömrük rüsumları problemi dayanır: "Daha bir problem var: Rusiyaya ixrac olunan İran malları üçün yüksək gömrük tarifləri mövcuddur. İran öz mallarını tarif güzəştlərinin olduğu digər respublikalar vasitəsilə deyil, Rusiyaya birbaşa göndərir. Həmin tariflər İran üçün yüksəkdir. İranlı iş adamları tez-tez bizdən tariflərin azaldılmasına kömək etməyimizi xahiş edirlər, onlar Rusiyanın Ermənistan, Azərbaycan, Qazaxıstanla münasibətlərini misal gətirirlər".
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info