“Mən Xocalını unuda bilmirəm, Azərbaycan xalqının dərdi mənim də dərdimdir”
Tarix: 27.01.2015 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Xolokost pedantik şəkildə, hər şeyi sənədlərlə əsaslandıraraq sivil xalq tərəfindən törədilib. Bu barədə Bakıda İsrailin Akko şəhərinin meri Şimon Lankri Xolokost qurbanlarının Beynəlxalq Anım Gününə həsr edilmiş Bakı Slavyan Universiteti ilə Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkil etdikləri “dəyirmi masa”da çıxışı zamanı deyib. Bu gün dünya Xolokost qurbanlarının Beynəlxalq Anım Gününü qeyd edir.
Şimon Lankri bildirib: "Bu faciə zamanı yəhudilər öz fəlakətləri ilə təkbətək qaldılar. Mən Xocalını da unuda bilmirəm, Azərbaycan xalqının dərdi mənim də dərdimdir”.
Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədovun qeyd etdiyi kimi, tədbirin keçirilməsində əsas məqsəd Xolokostun nəticələrindən bir daha ibrət götürülməsindən ibarətdir.
Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev çıxışı zamanı bildirib ki, Azərbaycanda Xolokost faciəsinin müzakirəsi Azərbaycan xalqının öz dərdini yəhudi xalqı ilə bölüşdüyünü göstərir.
Azərbaycan Milli Məclisinin deputatı Yevda Abramovun sözlərinə görə, bu gün dünyada Xolokost kimi, Xocalı faciəsinin də inkar edilməsinə cəhdlər göstərilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info