Tərcümə Mərkəzinin əməkdaşları Qahirənin Ain Şəms Universitetində olublar
Tarix: 27.01.2015 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin (ATM) əməkdaşları Fərid Hüseyn və Şahin Ələsgərov Misirin Ain Şəms Universitetinin “Ədəbiyyat” fakültəsində olublar.
F.Hüseyn fakültənin dekanı Abdur-Raziq Bərakətə və müəllim heyətinə ATM-ın yaradılması və fəaliyyəti, Qarabağ həqiqətləri, Azərbaycan ədəbiyyatı və mədəniyyəti barədə geniş məlumat verib.
Fərid Hüseyn bildirib ki, fakültənin dekanı Abdur-Raziq Bərakət Misirdə Azərbaycan ədəbiyyatına və mədəniyyətinə xüsusi diqqət olduğunu vurğulayıb: “Biz çox şadıq ki, Azərbaycan Tərcümə Mərkəzi 46-cı Beynəlxalq Qahirə kitab sərgisində iştirak edir. Sərgidən sonra kitablarınızı bizim fakültənin kitabxanasına bağışlayacağınız xəbəri bizim üçün olduqca sevindiricidir. Universitetimizdə azərbaycanlı tələbələr çoxdur. İstərdik ki, Azərbaycan dilindən ərəb dilinə və ərəb dilindən Azərbaycan dilinə tərcümə ediləcək kitabların mütəxəssislər tərəfindən yoxlanılması və redaktəsini ən yüksək səviyyədə həyata keçirək. Bizim fakültəmizin istedadlı məzunları bu gün Misir ədəbi mühitində ən önəmli imzalardan sayılır. İstərdik ki, ədəbi-mədəni mübadilələrimiz genişlənsin və azərbaycanlı ədiblərin əsərləri tələbələrimizə və ədəbiyyatsevərlərə layiqli şəkildə təqdim olunsun”,- deyə Abdur-Raziq Bərakət söyləyib.
Daha sonra ATM-ın əməkdaşları universitetin tələbə və müəllim heyəti ilə görüşüb, bu ali təhsil ocağının kitabxanası ilə tanış olublar.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info