“Auditor fəaliyyəti haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib
Tarix: 27.01.2015 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 13.2-ci bəndinə və “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasına (2012-2020-ci illər)” müvafiq olaraq auditin normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədi ilə Auditorlar Palatası tərəfindən hazırlanmış “Auditor fəaliyyəti haqqında” Qanunun layihəsinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Palatadan bildiriblər ki, ictimai maraq kəsb edən qanun layihəsinin müzakirəsində Ədliyyə, Vergilər, İqtisadiyyat və Sənaye nazirliklərinin, Mərkəzi Bankın, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, habelə auditor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Dəyirmi masada işgüzar müzakirələr aparılıb, tərəflər layihə ilə bağlı dəyərli tövsiyələr veriblər. Tövsiyələr nəzərə alınmaqla Qanunun son versiyasının hazırlanması və aidiyyatı qurumlara göndərilməsi qərara alınıb.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 100 il ötür
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10859

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info