Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində dəyirmi masa
Tarix: 27.01.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində “İstismarda olan bina və qurğuların texniki təhlükəsizliyinin 2014-cü ildə aparılmış monitorinqinin nəticələri və qarşıda duran vəzifələr” mövzusunda “dəyirmi masa” keçirilib.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, tədbirdə nazirliyin Aparatının, Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin əməkdaşları, Bakı Regional Mərkəzi nəzdində fəaliyyət göstərən Əlaqələndirmə Komissiyasının paytaxtın bütün rayonlarının icra hakimiyyətlərini təmsil edən üzvləri, Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi iştirak edib.
Çıxış edənlər mərkəzdə fəaliyyət göstərən monitorinq qrupu tərəfindən hazırlanmış hesabatda əksini tapan bina və qurğuların texniki təhlükəsizliyi sahəsində aşkar edilmiş pozuntular barədə məlumat verib, hər bir rayon üzrə bu sahədə görülən işlərin vəziyyəti təhlil edilib və təqdimatla tədbir iştirakçılarına nümayiş olunub.
Təqdimatda, həmçinin mərkəzə “112” çevik reaksiya idarəsindən daxil olmuş müraciətlərin Bakı şəhərinin rayonları üzrə statistikası və məzmun göstəriciləri də nəzərə çatdırılıb.
Tədbirdə rayon icra hakimiyyətlərinin nümayəndələri çıxış edərək mövcud problemlərdən danışıb və onların aradan qaldırılması istiqamətində təkliflərini veriblər. Bundan əlavə, mərkəzin monitorinq qrupunun səmərəli fəaliyyəti qeyd edilib və sıx əməkdaşlıq əlaqələrinin gələcəkdə də saxlanılmasının vacibliyi bildirilib.
İnteraktiv müzakirələr şəraitində keçirilən “dəyirmi masa”da səslənmiş problemlər və onların aradan qaldırılması məqsədilə qeyd olunmuş təkliflər ümumiləşdirilib və həyata keçirmək üçün tövsiyə edilib.


Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info