Tələbə mübadiləsinin bəhrələri
Tarix: 27.01.2015 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


NDU-da tələbə mübadiləsinə həsr olunan tədbir keçirilib. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək universitetdə dünya təhsil sisteminə inteqrasiya, təcrübə mübadiləsi, beynəlxalq əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Boloniya sisteminin tam tətbiqinə nail olunması üçün qarşıya qoyulan əsas tələblərdən biri də tələbə mobilliyidir. Bu məqsədlə universitet tələbələri Cənubi Koreyanın Kimçonq Universitetində, Türkiyə Respublikasındakı universitetlər ilə dünya universitetləri arasındakı qarşılıqlı müəllim və tələbə mübadiləsi proqramı olan “Mövlana” proqramı çərçivəsində Türkiyə universitetlərində, Rusiya Federasiyasının və Ukraynanın müxtəlif ali məktəblərində bir il vəya bir semestr müddətində ali təhsil almağa göndərilir. Naxçıvan Dövlət Universiteti mübadilə yolu ilə gələn xarici tələbələrə də uğurla ev sahibliyi edir. Doktorantura pilləsində universitetdə təhsil alan tələbələr sırasında Slovakiya və Polşa vətəndaşları da var. Bütün bunlar ali təhsil qurumları arasında tərəfdaşlığın inkişafına, əlaqələrin möhkəmlənməsinə xidmət edir. Rektor ötən semestri xaricdə uğurla başa vuran tələbələri təbrik edərək onlara təhsillərində və ictimai işlərdə uğurlar arzu edib. Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent Qurban Qurbanlı bildirib ki, rəhbərlik etdiyi fakültə universitetdə tələbə mobilliyinə görə öndə gedir ki, bu da fakültənin spesifikasından irəli gəlir. Universitetlərarası müqavilələrə əsasən 2014-2015-ci tədris ilinin ilk semestrində 3 nəfər ingilis dili müəllimliyi, 1 nəfər isə alman dili müəllimliyi ixtisası üzrə Şota Rustaveli adına Batumi Dövlət Universitetində, rus dili müəllimliyi ixtisası üzrə təhsil alan 3 nəfər tələbə isə Rusiya Federasiyasının Penza Dövlət Universitetində təhsillərini davam etdiriblər. Ötən semestri xaricdə uğurla başa vuran tələbələr ictimai işlərdə də fəallıq göstəriblər. “Erasmus-Mundus” proqramı Beynəlxalq münasibətlər ixtisaının IV kurs tələbəsi Ağalar Məmmədov Çexiyada, ingilis dili müəllimliyi ixtisasının III kurs tələbəsi Güllü Rəhimova isə Ruminiyada bir illik təhsil almaq hüququ qazanıblar. Universitet rəhbərliyinin təşkilatçılığı ilə rus dili və ədəbiyyatının tədirisi üçün Penza Dövlət Universitetinin Rus dili xarici dil kimi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, professor Vera Şmelkova, Fransanın Azərbaycandakı səfirliyinin xətti ilə fransız dili üzrə mütəxəssis Andrian Pioretti universitetdə uğurlu pedaqoji fəaliyyət göstəriblər. İran İslam Respublikasının Urmiya Universitetinin professoru, filologiya elmləri doktoru Əlirza Müzəffəri növbəti semestrdən Naxçıvan Dövlət Universitetində fars dili və ədəbiyyatını tədris edəcək.
Rus dili ixtisası üzrə II kurs tələbəsi Elvira İsgəndərova, alman dili ixtisası üzrə II kurs tələbəsi Nuranə Allahyarlı , ingilis dili müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Gülnur Məmmədova çıxış edərək ali təhsillərini xaricdə davam etdirimək üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova, universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info