“Şəraitimiz və xidmətimiz qiymətlərimizlə müqayisədə çox yüksəkdir”
Tarix: 27.01.2015 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


“Excelsior Hotel Baku” hotelinin Aura Sağlamlıq Mərkəzinin meneceri Şahin Qədimov: “Qadınlar ayda cəmisi 99 manata limitsiz vaxt və şəraitdə üzvlük xidmətlərimizdən yararlana bilərlər”

Müsahibimiz “Excelsior Hotel Baku” hotelinin Aura Sağlamlıq Mərkəzinin meneceri Şahin Qədimovdur. Ş.Qədimov son dövrlərdə sözügedən Mərkəzdə tətbiq edilən yeniliklər barəsində bizi məlumatlandırdı:
- Aura Sağlamlıq Mərkəzinin fəaliyyətində və müştərilərə xidmətində bir sıra yeniliklər tətbiq olunmağa başlayıb. Məsələn, xidmətlərə bir sıra dərslər əlavə olunub –zumba və yoqa dərsləri. Ondan əvvəl də bizdə bu dərslər mövcud idi. İndi isə bu dərslər qrup dərslərinə əlavə olunub. Əvvəllər qrup dərslərinə həftədə 2 dəfə zumba dərsi əlavə etmişdik, amma sonradan gələn qonaqların istəyini nəzərə alaraq, həftədə daha bir dərs də artırdıq. Noyabr ayından başlayaraq “Excelsior Hotel Baku”da yerləşən Aura Sağlamlıq Mərkəzində zumba məşğələləri hər çərşənbə axşamı saat 18:00 –da, cümə axşamı saat 19:30-da və şənbə günləri saat 13.00-da keçirilir.
Zumba – yeni dəbli fitnes-rəqs bu sahədə bacarıqlarınızı artırmağa kömək edəcək. Zumba – özünüzü cəlbedici hiss etməyə kömək edən rəqs və aerobikanın kombinasiyasıdır. Çoxlu omba hərəkətləri, çoxlu sevinc dəqiqələri, çoxlu yandırılmış kalori. Məşqçi Nərgiz Osmanovanın sayəsində siz nəinki formanızı qaydaya sala bilər, həmçinin, stresinizi də ata bilərsiniz.
Zumbanın köməyi ilə siz əsl trenajor zalında ala biləcəyiniz güc yükünü alacaqsınız. Bununla belə, heç bir psixoloji yorğunluq hiss etməyəcəksiniz. Musiqi müşayiəti olduqca rəngarəngdir. Zumba məşğələlərinin çoxu Afrika və Latın-amerikan motivləri, həmçinin hip-hopla keçirilir.
“Excelsior Hotel Baku” hotelinin praktiki üstünlüklərindən biri qonaqların “Park Bulvar”dan “Excelsior Hotel Baku”ya və əksinə çatdırılması üzrə transfer xidmətlərin mövcud olmasıdır. “Mersedes” markalı rahat sprinter mikroavtobus qonaqları şənbə və bazar günləri də daxil olmaqla, hər gün səhər saat 08:30-dan başlayaraq hər yarım saatdan bir hoteldən Park Bulvara aparır. Birinci tur saat 09:00-dan başlayaraq hər yarım saatdan bir Park Bulvardan hotelə çatdırır. Bu xidmət pulsuzdur. Şəxsi avtomobili olan və maşını harada saxlamaq problemi ilə qarşılaşan insanları isə sevindirə bilərik. Hotelin ərazisində maşınlar üçün ayrılmış dayanacaq yerləşir və buna görə də maşını harada saxlamaq problemi öz-özünə həll olunur.
Beləliklə, 1-ci,3-cü,5-ci günlər yoqa, 2-ci,4-cü,6-cı günlər isə zumba dərsləri keçirilməyə başlayıb. Bu yenilikdən başqa, bizdə hazırda çox sərfəli qadın kampaniyası aparılır. Ötən noyabr ayından başlayaraq, qadınlara 50 faizlik üzvlük haqqı endirimi tətbiq olunmağa başlayıb. Əvvəllər qadın üçün bir illik üzvlük haqqı 2300 manat idisə,indi 50 faizədək daha ucuz – 1175 manata enib.
- Daha hansı cəlbedici kampaniyalarınız var?
- Məsələn, siz bizə üzvsünüzsə, başqa bir dostunuzu da üzvlüyə gətirsəniz, üzvlüyünüz daha bir ay uzadılır.
- Keçirilən idman və sağlamlıq dərslərinə maraq necədir? Üzvlərinizin buna aid marağı və davamiyyəti barədə nələri demək olar?
- Bu zumba, yoqa, pilates, aerobika, kallanetika kimi dərslər üzvlüyə aid dərslərdir. Bu dərslər üzvlər üçün qrup şəklində keçirilir. Bu dərslərə böyük maraq var, çünki çox yüksək keyfiyyətlə və zövqlə keçirilir.
- Bu qrup dərslərindən əlavə, sizdə boks,üzgüçülük dərsləri və sair keçirilir. Bu dərslərlə bağlı nə deyə bilərsiniz?
- Boks, üzgüçülük və sair fərdi keçirilən dərslərimiz,təlimlərimiz də var ki, onlara da maraq böyükdür. Bu fərdi dərslərdə iştirak edənlər üzv ola da,olmaya da bilərlər. Biz üzvlərimizə bu sırf fərdi dərslər üçün endirimli, üzvlərimiz olmayanlara isə standart qiymətlər təklif edirik. Bunun üçün əvvəlcədən müəllim danışılır, gün təyin olunur və cədvəl üzrə məşqlər keçirilir.
- Bundan başqa, sizdə maraqlı olan daha hansı kampaniyalar var?
- Məsələn, hoteldən və bizim Aura Sağlamlıq Mərkəzindən kiməsə hədiyyə etmək üçün bir, iki-üç günlük və ya həftəlik giriş kartları almaq mümkündür. Yaxud bu giriş kartlarından əlavə, kimsə öz dostuna massaj hədiyyə edə bilər və sair. Bundan başqa bizim öz xüsusi paketlərimiz var. Bu paketləri əvvəlcədən sifariş edib əldə etmək olar. Bunun üçün müraciət edildikdə, bir gün ərzində hazırlanır və təqdim edilir.
- Sizdə fitnes zalı və idman qurğularının müxtəlifliyi, yeniliyindən əlavə, idman malları satılan mağaza da var...
- Əlbəttə, bizdəki idman mağazasında idmana aid olan hər şeyi almaq mümkündür. Aura Sağlamlıq Mərkəzində bu baxımdan pərakəndə satış imkanları mövcuddur. İdman malları və ləvazimatlarından əlavə, kosmetik vasitələr, SPA məhsulları satışda var.
- Hazırda digər bənzər yerlərlə müqayisədə, Aura Sağlamlıq Mərkəzinin imkanlarını, rəqabət qabiliyyətini və münasibliyini necə qiymətləndirirsiniz?
- Deyim ki, Mərkəzimiz bu baxımdan dünya standartlarına uyğun tam rəqabət mühitində, olduqca münasib və əlverişli fəaliyyət göstərir. Mərkəzimiz bu sahədə rəqabətdə ən öncüllləri də geridə qoya biləcək səviyyədə fəaliyyət göstərir. Bura həm olduqca elitar yerdir, həm də müştərilər üçün çox sərfəlidir. Xidmətin keyfiyyəti, çeşidliyi, qiymətlərin münasibliyi və işçi personalın peşəkarlığı baxımdan da bunu böyük əminliklə söyləmək mümkündür. Ümumiyyətlə, Mərkəzimiz hər bir göstəriciyə görə, bu sahədə ən öncül yerdədir. Məsələn, hovuzu götürək. Yay üçün açıq havada və qış üçün qapalı hovuzumuz var. Hovuzun dərinliyi 180 santimetrdir. Həmçinin, digərlərindən fərqli olaraq, üzvlərimiz üçün limitsiz şərait, o cümlədən, vaxt şəraiti mövcuddur. Onlar istədikləri saatda gəlib burada xidmətlərdən yararlana bilərlər. Ümumiyyətlə, burada bütün öncül standartlar tətbiq olunur və şəraitimiz və xidmət qiymətlərimizlə müqayisədə çox yüksəkdir. Məsələn, qadınların üzvlük haqqını aya bölsək, aya 99 manata bütün üzvlük imtiyazlarından yararlanmaqla, həftədə 3 dəfə zumba,üç dəfə aerobika və eləcə də digər idman fəaliyyətləri ilə məşğul ola bilərlər. Həmçinin hovuz, üzgüçülük, trenajor və saunaları da buraya daxil etsək, şəraitin bizdə çox yüksək olduğunu asan təsəvvür etmək mümkündür. Mərkəzimiz Bakıda yeganədir ki, cəmi ayda 99 manata bütün dərslərlə burada məşğul olmaq mümkündür. Həmçinin, mərtəbələrimizin sayı 3 və yerimiz çox geniş və ixtisaslaşmış olduğu üçün burada heç vaxt sıxlıq hiss olunmur. Əksinə, çox sakit və rahat bir məkana sahibik. Həmçinin, yeniliklərdən biri kimi, buradakı istirahət otaqlarında böyük akvariumlar quraşdırıldığını da demək mümkündür.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info