“Bir gün helikopteri üzləşdiyi reallıqla Ermənistan üzləşəcək”
Tarix: 27.01.2015 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Ermənistan müdafiə naziri Seyran Ohanyanın erməni hərbçilərin helikopterlə təlim keçərkən “kursdan kənara çıxdıqlarını” etiraf etməsi Ermənistan hakimiyyətinin nə qədər gülünc, pərt və dolaşıq mövqedə olduğunu göstərməklə bərabər, onların həm də bu məsələdə bir daha günahkar, təcavüzkar olduqlarını etiraf etdiklərini ortaya qoyur. Xatırladaq ki, bir müddət öncə işğal olunmuş torpaqlarımızda təlim keçən erməni helikopteri mövqelərimizəyaxınlaşanda əsgərlərimiz tərəfindən vurulmuşdu. Bu barədə bizə fikirlərini bildirən millət vəkili Sahib Alıyev qeyd edir: “Ermənistanın müdafiə naziri Seyran Ohanyan aradan iki ay yarım keçəndən sonra etiraf edir ki, onların ötən il noyabrın 12-də Ağdam yaxınlığında vurulan hərbi helikopterləri kursdan yayınıbmış. Kursdan yayınmanın danışıq dilində iki qarşılığı var: yolunu azmaq və cığırından çıxmaq. Yolunu azana birinci dəfədirsə doğru yol, cığırından çıxana isə həddini göstərərlər. Ermənilərin hərbi helikopteri məhz cığırından çıxmışdı, ona görə də necə lazımdırsa o cür də cavabını aldı. Amma bilmirəm, Ohanyan fərqindədirmi, təkcə helikopterləri deyil, bütövlükdə Ermənistan cığırından çıxıb, özü də çoxdan. Və bir gün helikopterləri üzləşdikləri reallıqla ölkələri üzləşəcək. Bilmirəm, onda Ohanyan sağ qalacaqmı ki, aradan xeyli keçəndən sonra durub desin:" Biz kursdan yayınmışdıq, amma Azərbaycan da düz etmədi"...

Qorqud




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info