“Fransa Rusiya ilə strateji əlaqələri bərpa etməlidir”
Tarix: 27.01.2015 | Saat: 22:48:00 | E-mail | Çapa göndər


“Biz Avropa Birliyindən hələ ki, heç bir fayda görməmişik. Bu birlikdən bizə qalan yalnız borc, işsizlik, identikliyin məhvidir. Biz maliyyə, büdcə və qanunvericilik sahəsində suverenliyimizi itirmişik, özümüz haqqında özümüz qərar verə bilmirik”

Fransa “Milli cəbhə” Partiyasının lideri, Avropa Parlamentinin üzvü Marin Le Pen hesab edir ki, ölkəsi indiki “soyuq müharibə”yə yaxın vəziyyətdən uzaqlaşaraq Rusiya ilə strateji əlaqələri bərpa etməlidir. Bu barədə siyasətçi xanım Yaponiyada dərc edilən “Asaxi” qəzetinə verdiyi müsahibədə bildirib.
“Mən, Sovetlər İttifaqının dağılmasından sonra çətin bir dövrdən keçərək iqtisadiyyatını bərpa etməyə özündə güc tapan Rusiya qarşısında baş əyirəm” deyən Le Pen əlavə edib ki, ABŞ-dan fərqli dövlət modeli quran Rusiya ilə strateji münasibətlər bərpa edilməlidir: “Baxmayaraq ki, ABŞ-dan təlimat alan Avropa Birliyi ölkələrinin bir çoxu bu addımı atmaqdan çəkinirlər”. "Milli cəbhə" lideri müsahibəsində Avropa Birliyinin qınağına məruz qalacağını gizlətməsə də deyib ki, ölkəsi Avropa Birliyindən heç bir xeyir görməyib: “Biz Avropa Birliyindən hələ ki, heç bir fayda görməmişik. Bu birlikdən bizə qalan yalnız borc, işsizlik, identikliyin məhvidir. Biz maliyyə, büdcə və qanunvericilik sahəsində suverenliyimizi itirmişik, özümüz haqqında özümüz qərar verə bilmirik. Bütün bunlara Avropa dövlətlərinin əksər vətəndaşların iradəsinin əleyhinə olaraq Avropa Birliyinin bir neçə bürokratı qərar verir ki, bu da ümidsizlik və yoxsulluğa səbəb olur”. Xatırlatmaq yerinə düşər ki, hələ bir müddət əvvəl Le Pen bəyan etmişdi ki, əgər o, 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, Fransanın Avropa Birliyindən çıxarılması haqqında referendum keçirəcək. Bu barədə həmin dövrdə “Le Figaro” qəzeti məlumat yaymışdı. Marin Le Penin rəhbərlik etdiyi “Milli cəbhə” hazırda Fransada üç aparıcı siyasi qüvvədən biridir. Ötən il keçirilən bələdiyyə seçkilərində bu partiya böyük uğurlar əldə edib. Bununla yanaşı, “Milli cəbhə” ötən ilin mayında da Avropa Parlamentinə keçirilən seçkilərdə də ciddi uğur qazanmaqla böyük sıçrayışa nail olmuşdu. Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, Le Pen Fransada hökuməti tənqid etməklə yanaşı, Rusiya dövlət başçısı Vladimir Putinə ictimai dəstək verənlər arasındadır. O, təkcə Fransanın deyil, həm də hazırda "Vaşinqtonun iradəsindən asılı olan" Avropa Birliyi ölkələrinin də Rusiya ilə münasibətləri genişləndirməsinin vacib olduğunu təbliğ edir.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info