Almaniya şirkəti Azərbaycanda yol tikintisində iştirak edir
Tarix: 27.01.2015 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Almaniyanın “TAUBER” şirkəti artıq bir neçə ildir ki, Azərbaycanda yol tikintisi ilə bağlı layihələrdə iştirak edir. Bunu Bakıda “Yol infrastrukturu, tikintisi və yenidən qurulmasında yeni texnologiyaların və innovasiyaların tətbiqi” mövzusunda keçirilən konfransda iştirak edən şirkətin nümayəndəsi Maks Brokşmidt bildirib.
Almaniyalı mütəxəssis, təmsilçisi olduğu qurumun Azərbaycanın tanınmış şirkətləri - “Azəryolservis” ASC, “Akkord”, “Gilan Holdinq”, “Azərsu” ASC , “Paşa İnşaat”la əməkdaşlıq etdiyini söyləyib: “Biz onların yol tikintisi ilə bağlı layihələrinin icrasında iştirak edirik, həmçinin Azərbaycana xaricdən yüksək texnologiyalı avadanlıqlar gətiririk. İşləri vaxtında və keyfiyyətlə görmək “TAUBER” şirkətinin əsas prinsiplərindən biridir”. Hazırda “Paşa İnşaat”la bir layihə üzərində çalışdıqlarını söyləyən müsahibimin sözlərinə görə, Azərbaycanda inşaat sahəsində çalışan xarici şirkətlərin çoxluğu ciddi rəqabət yaradır və bu şəraitdə işləmək üçün şirkətin əməkdaşları bütün imkanlardan istifadə edirlər.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info