Türkiyə və Rusiya “Türk axını”nın əsas parametrlərini razılaşdırıb
Tarix: 28.01.2015 | Saat: 15:57:00 | E-mail | Çapa göndər


Rusiyanın “Qazprom” şirkəti Türkiyə ilə “Cənub axını” layihəsini əvəz edəcək “Türk axını” layihəsinin əsas parametrləri haqqında razılığa gəlib.
Rusiya mətbuatının yaydığı məlumata görə, “Qazprom”un rəhbəri Aleksey Miller ilə Türkiyənin energetika naziri Taner Yıldız arasında keçən görüşün nəticələrinə əsasən, əvvəllcə “Cənub axını” layihəsi üçün seçilmiş dəhlizdə Qara dənizin dibi ilə keçən “qərb” marşrutu, yəni dəniz hissəsinin son 250 kilometrdən istiqamətini Bolqarıstana deyil, Türkiyəyə dönməsi seçilib. Boru kəməri Türkiyənin quru hissəsində çıxacaq. Bununla da, Ankaranın təkid etdiyi variant seçilib.
Məlumata görə, “Qazprom” artıq bu gündən etibarən Türkiyə hakimiyyətinə dəniz hissəsinin son 250 kilometrinin çəkilməsi ilə əlaqədar tədqiqatların aparılması üçün sorğu göndərəcək.
Quruya çıxdıqdan sonra isə qaz kəməri Yunanıstanla sərhədə qədər uzadılacaq (əlavə 250 km), bu hissəni isə “Qazprom” və Türkiynin “Botas” şirkəti birgə tikəcək. Hələlik onların paylarının nisbəti müəyyənləşdirilməyib. “Qazprom” dəniz hissəsinə aid boruları özü inşa etmək niyyətindədir.
Bir həftə ərzində tərəfdaşlar layihənin əsas mərhələlərinin plan-qrafikini hazırlayacaqlar. “Qazprom” gücü ildə 15, 75 mlrd. kubmetr təşkil edəcək borunun ilk xəttini 2016-cı ilin dekabr ayında Türkiyəyə gətirməyi planlaşdırır. İlkin mərhələdə bu boru kəməri ilə nəql olunan qazın bütün həcmi Türkiyə istehlakçıları üçün nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info