Naftalanda yeni avtovağzal kompleksi inşa edilir
Tarix: 28.01.2015 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində son illər Naftalanda həyata keçirilən nəhəng layihələr nəinki ölkə sakinlərinin, eləcə də xarici turistlərin bu nadir kurort şəhərinə marağını xeyli artırıb. Dincəlmək və müalicə məqsədilə bu məkana gələn turistlərin rahatlığı üçün demək olar ki, burada hər bir şərait yaradılıb.
Naftalan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Arzu Məmmədov müsahibəsində deyib ki, bu yaxınlarda şəhərdə daha bir obyekt istifadəyə veriləcək. Yeni obyekt yerli və xarici turistlərin rahatlığının təmin olunmasında müsbət rol oynayacaq. Artıq bu məqsədlə əvvəllər istifadəsiz qalmış və qəzalı vəziyyətə düşmüş avtovağzal binası sökülərək yerində onmərtəbəli kompleksin inşasına başlanılıb.
Binanın birinci mərtəbəsi avtovağzal, ikinci və üçüncü mərtəbəsi ticarət obyektləri, qalan yeddi mərtəbəsi isə otel olacaq. Şəhərə yeni görkəm verəcək bina ən müasir şəraiti ilə buraya gələn turistlərin zövqünü oxşayacaqdır.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info