Gəncə alimləri bildirçinlər üzərində tədqiqat işlərinə başlayıblar
Tarix: 28.01.2015 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) heyvandarlıq və balıq məhsulları istehsalı kafedrasının nəzdində yenicə yaradılmış bildirçinçilik üzrə koordinasiya mərkəzində maraqlı tədqiqat işlərinə başlanılıb.
Alimlər bildirçinlərin saxlanma qaydaları, yoluxa biləcəkləri xəstəliklərə qarşı mübarizə tədbirləri və ən nəhayət onlardan alınan ərzaq məhsullarının qidalılıq keyfiyyəti ilə bağlı elmi araşdırmalar aparırlar.
Universitetin professoru, kənd təsərrüfatı elmləri doktoru Arif Tağıyev müsahibəsində deyib ki, araşdırmalar zamanı məlum olub ki, bildirçinlərin bədən temperaturu 38 dərəcədən yüksək olduğundan, onların infeksion xəstəliklərə yoluxma ehtimalı olduqca azdır. Bu canlılarda əsasən mineral maddələrin çatışmazlığı, ilk növbədə tük tökülməsi və ətraflarda yorğunluq müşahidə olunur. Hazırda təbiətin bu nadir quşlarının Azərbaycanın iqlim şəraitinə uyğunlaşdırılması, saxlanma yerlərində mikroiqlim, eləcə də onlara qulluq qaydaları istiqamətində tədqiqat işləri uğurla davam etdirilir.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info